Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

İş görüntüsü yaradan ofis əməkdaşlarını necə müəyyən etməli (1-ci hissə)

15.10.2021 15529 baxış

İş görüntüsü yaradan ofis əməkdaşlarını necə müəyyən etməli (1-ci hissə)



Tənbəl ofis əməkdaşının 3 əlaməti və belələrinin aşkara çıxarılması üçün 4 üsul



Əməkdaşların 2 kateqoriyası var - faydasızlar, yəni, işdə baş girləyənlər və zərərli olanlar. Əgər birincilərə hərdən göz yummaq mümkündürsə, ikincilərlə bu mümkün deyil. Bəs, praktikada işə bu cür münasibət bəsləyən əməkdaşları necə aşkara çıxarmalı?



Faydasız əməkdaş kimdir və kollektivdə onu necə aşkara çıxarmalı



İş vəzifələrindən öz yayınma vərdişlərini peşəkarlıq səviyyəsinə çatdıran şəxsləri tanımaq, biznes sahəsinə yeni gələnlərdən ötrü olduqca problemli olur. Tənbəl işçilərin əsas əlamətlərini ayrıca cədvəldə veririk.























Əlamətlər



Xüsusiyyətlər



Aktiv fəaliyyətdə olduğunu gözə soxur



Aşkar əlamətlər – hədsiz qərarsızlıq, yalançı dərin düşüncəlilik və fərdi kömpüterdə bir yığın lazımsız pəncərələr. Öz fəaliyyətsizliyini ört-basdır etmək üçün yığıncaqlarda çıxışlarla bağlı təşəbbüskarlıq göstərir, çox vaxt faydasız fikirlər səsləndirir. Ayda bir neçə dəfə çalışdığı yerdə hətta işdən sonra da qala bilər



Təkrarlama



Oturuşmuş zəncirin ikincili elementləri. Artıq kiminsə məşğul olduğu proseslərdə məsləhətlər verməyi və ya yardım göstərməyi öz üzərinə götürür.



Dostcanlılıq



Əsas iş prosesinə heç bir fayda gətirməyən xırda, qeyri-profilli tapşırıqların icrası hesabına həmkarlarının loyal münasibətlərini qazanırlar




75 faiz hallarda yuxarıda göstərilən üç bənd bir insanda birləşir – bu tənbəlliyin göstərcisidir. Yerdə qalan 25 faizdə ofis işçisinin birbaşa vəzifələrindən yayınmasına tam əmin olmaq üçün əlavə təhlil aparılmalıdır.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →