Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Vakansiya yoxdursa işi necə tapmalı?

Gizli adlandırılan vakansiyalar – geniş yayılıb, lakin, bu bir çoxlarına məlum deyil. Bəzən elə olur ki, faktiki rəsmi vakansiya olmayan yerdə əməkdaş tələb olunur. Bu cür gizli vakansiyaları necə axtarıb tapmalı və bunda bizə nə kömək edə bilər?

Böhran dövründə bir çox şirkətlərin əməkdaşları işsiz qalıb: işdən çıxarılmalar, ixtisarlar, öz arzusu ilə işdən çıxmalar – bütün bunlar məşğuliyyəti olmayan böyük sayda mütəxəssislərin mövcudluğuna gətirib çıxarır. Bunun nəticəsində həm də əmək bazarında yüksək rəqabətlilik meydana çıxır. Əlbəttə, hamıya prestijli iş və personal lazımdır, hansı ki, yaxın vaxtlara kimi vakansiya axtarışları zamanı qəzetlərdə və internetdə çıxan iş elanları və tanışların zəng etməsilə məhdudlaşırdı, indi isə iş axtarışları zamanı daha mürəkkəb sxemlərə əl atılır.

Gizli vakansiyalar nədir və onlar niyə ortaya çıxır

  • İşəgötürənlərin mühafizəkarlığı və qənaətcillik. Bir çox rəhbər işçilər namizədləri öz tanışları, dostları, tanış dostları və öz qohumları və əməkdaşlarının qohumları sırasından cəlb etməyə üstünlük verirlər. Güman edilir ki, bu cür adamlar öncədən şirkətə qarşı loyallıq göstərirlər. belə də həm də axtarış üçün məsrəflər minimal olur.
  • Konfidensiallıq. Bir çox sahibkarlar sərbəst vakansiyaları nümayiş etdirmək istəmirlər. Xüsusilə də bu şirkətlərdə “rəhbərliyin paylaşdırılması” üzrə top-menecerlərin vakansiyasına aiddir. Və yaxud biznesin yeni istiqamətinin inkişafı zamanı bunu rəqiblərindən gizli şəkildə edirlər.
  • Dərk olunmayan zərurət. Vakansiyalar hələ ki, yoxdur. Şirkətdə problemlər var, amma, yeni əməkdaşlara zərurət rəhbərlik tərəfindən hələ dərk olunmayıb. Lakin, əgər, kimsə gəlib bəyan edirsə ki, - “Bu problemi bilir və onu həll etmək iqtidarındadır”, ona bunu etmək üçün təklif verilə bilər.
  • Kadrlarla işin düzgün qurulması: personalın zamanında karyera yüksəlişi, yer dəyişməsi, təhsili. Daxili kadr ehtiyatları ilə ağıllı idarəetmə. Belə hallarda kənardan olan mütəxəssislərə ən son anda diqqət yetirilir. Lakin, bütün hallarda diqqət yetirilir.
  • Kadrlarla işin pis qurulması. Bayağı səbəblər: saytlarda vakansiyalarla bağlı müntəzəm yenilənmə getmir, səhlənkarlıq və ya HR-menecerin dəyişməsi, rəhbərlikdə tələbatın formalaşdırılmasına diqqət yetirilmir, rəhbərlə “əlaqəyə” ümidlər və s.
  • Seçmə adamlar. Ənənəvi olaraq, “yad” sahə üzrə az əlçatan sferalar mövcuddur, hansı ki, burada küçədən adam axtarmaq nəzərdə tutulmur. Bura şou və media - biznes, bərbərlik və model işləri, tibb və bir sıra digər sahələr daxildir.
  • Hamı özümüzünküdür. Vakansiya yalnız dar çərçivədə açıqdır, hansı ki, burada “hamı bir-birini tanıyır”. Vakansiya ilə bağlı elanların verilməsi, şirkətlərin nüfuzuna təsir göstərə bilər və ya rəqiblər arasında lazım olmayan müzakirələrə yol aça bilər.

Tarix : 05.12.2019

Baxışların sayı: 989

X