Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Güclü mühasibin 10 prinsipi (4-cü hissə)

8-ci qayda: “İşi sonadək yerinə yetirin”

Vicdan əzabı çəkmədən deyək ki, bu, son dərəcə vacib bir qaydadır və bizim həmkarlarımız “1C Müəssisə-nin icarəsi” xidməti üzrə bir çox məsələlərdə ona əməl edirlər. Başa çatdırılmayan istənilən bir tapşırıq – bir növ yığılıb-qalmış “zir-zibilə” oxşayır. Zir-zibil isə məlum olduğu kimi, həyat məkanını ağırlaşdırır və daraldır. Məcazi mənada bu, yarımçıq qalmış, yarı yolda tərk edilmiş işə də aid edilə bilər. Peşəkar mühasib bundan qaçır və öz imkanlarını ayıq şəkildə qiymətləndirməyə çalışır. Yalnız bundan sonra o, tapşırığın yerinə yetirilməsinə başlayır və ona nail olmaq üçün hər cür səy göstərir.

9-cu qayda: “Başqasının əməyini dəyərləndirin”

Öz işinə, insanın ürəklə, canfəşanlıqla və vicdanla məşğul olmasına, o, hörmətlə yanaşacaqdır. Təəssüflər olsun ki, başqalarına münasibətdə buna heç də həmişə rast gəlinmir. Bizlərdən bəziləri çox asanlıqla siqaret kötüyünü trotuara atır, sonadək içilməyən pivə bankasını skamyanın üzərində qoyur və ya buna bənzər digər əməllərə yol veririk. Güclü mühasib heç vaxt bunu etməz. Bundan əlavə, o, tabeçiliyində olanlar qarşısında öz direktorunu müdafiə edəcək və əgər direktor əməkdaşlara qarşı ədalətsiz avranarsa, onların incidilməsinə də yol verməyəcək. O, ədalət meyarı ilə düşünür və başqasının işinə sayğısız yanaşan istənilən birinə hər zaman öz iradını bildirməyə hazırdır.    

10-cu qayda: “Özünütənqidə yer verin”

Hə bir insanın daxilində “kiçik bir hakim” yaşamalıdır, o, həmin insanın fəaliyyəti və hərəkətlərini hər dəqiqə qiymətləndirməlidir. Peşəkar mühasibin həm iş yeində və həm də evində həmin hakim az qala günün 24 saatını çalışmalıdır. Ətrafımızda çoxlu sayda təhlükəli və məkrli cazibələr var – yuxarıda sadalanan qaydalardan birini pozmaq, öz prinsipləri ilə hərəkət etmək, təcili yerinə yetirilməsini tələb edən məsul vəzifədən yan keçmək. Əlbəttə, bizim hər birimiz səhvlərə yol veririk, amma, güclü mühasib olmaq, yuxarıda sadalanan qaydalara müvafiq olmaq deməkdir. Öz fəaliyyətinə tənqidi yanaşması, bu işdə ona kömək edir, beləliklə, öz işini vicdanla yerinə yetirməli, sadəcə yaxşı və layiqli bir insan olmaq lazımdır. Bu isə bildiyiniz kimi, bizim zəmanədə çox mühüm amildir.   

Tarix : 15.04.2022

Baxışların sayı: 257