Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Franklin piramidası və məqsədlər ağacı (2-ci hissə)

Franklin piramidası və məqsədlər ağacı (2-ci hissə)

Benjamin piramidasını necə tərtib etməli?

1-ci addım. Qlobal həyat dəyərlərinizi müəyyənləşdirin.

Bu addımda, piramidanın ilk pilləsi, təməli qurulur. Bu ən vacib, ən məsuliyyətli addımdır. Həyatdan nə istədiyinizi özünüzə etiraf edin. Öz qarşınızda maksimum səmimi olun. Unutmayın ki, sabit və “düzgün” dəyərlər olmur – özündən ötrü vacib olanı hər kəsin özü müəyyən edir. Birinci addıma maksimum vaxt ayırın. Düşünün, araşdırın, əsaslandırın.


Franklin piramidası və məqsədlər ağacı (1-ci hissə)


Həyati dəyərlərin nümunələri:

  • Sərvət
  • Şöhrət
  • Hakimiyyət
  • Xeyirxahlıq, mərhəmət, həssaslıq
  • Yaradıcılıq (yaradıcılıq, ixtiraçılıq fəaliyyəti)

Dəyərləri nə qədər dəqiq və doğru müəyyənləşdirsəniz, piramida bir o qədər möhkəm və həqiqi olacaqdır. Buna görə bütün hədəflərinizə çatma ehtimalı daha yüksəkdir.

2-ci addım. Həyatınızın qlobal məqsədini formalaşdırın.

Qocalıqda özünüzlə fəxr etmək üçün həyatınızda əldə etmək istədiyiniz əsas nəticə barədə düşünün. Yaxşı olardı ki, bu bir neçə deyil, yalnız bir hədəf olsun.

Qlobal həyat məqsədlərinin  nümunələri:

• onlayn təhsil sahəsində illik 100 milyon manat dövriyyəsi ilə beynəlxalq biznes imperiyasını qurmaq;

• uşaq xəstəliklərinə qarşı mübarizə üçün xeyriyyə fondu açmaq və 100 000 uşağa kömək etmək;

• ölkənin prezidenti olmaq və həyat səviyyəsini iki dəfə yüksəltmək.
 

Tarix : 12.11.2021

Baxışların sayı: 13626