Əvəzedilməz işçiləri necə saxlamaq və problemli əməkdaşlardan necə qurtulmaqla bağlı faydalı məsləhətlər
5-ci hissə
Tez-tez buraxılan səhv
Hətta əgər yaxşı bir mütəxəssis olsa belə, əvvəlcədən daxili antipatiyanız olan bir şəxslə yaxşı əlaqələr qurmaqla, özünü aldatma ilə məşğul olmaq lazım deyil. Vakansiyanın mətnində əsas diqqəti namizədə qoyulan tələblərə deyil, ona həvalə ediləcək vəzifələrin təsvirinə yönəldin. İnsan öz bilik və təcrübəsini bu vəzifələrə uyğun olub-olmadığını başa düşəcəkdir. Və qeyd etməyi unutmayın: elanda sadalanan hər şeyi etməyi bacarmaq lazım deyil, əsas – bunu öyrənmək arzusudur.
Axtarış dairəsini yalnız 40 yaşına çatmamış qadınlarla məhdudlaşdırmaqla, heç bir halda qabaqcadan daraltmaq olmaz – bu halda bir çox layiqli namizədləri də əldən buraxmaq olar. Kişilərin daha səliqəli, 45 yaşlı qadınların isə 30 yaşlılardan daha üstün olmaları ilə bağlı nümunələr çoxdur.
Kadrlar xidmətinə hansı göstərişləri vermək lazımdır?
Mənim tanışım, baş mühasib işləyən dostum yarım ildir ki, özünə yaxşı müavin tapa bilmədiyindən şikayətlənirdi. Mənim “gündə neçə namizədin işini nəzərdən keçirirsən” sualıma cavabında o, həftədə maksimim bir və ya iki iş axtaran şəxslə görüşdüyünü bildirmişdi. Mən buna çox təəccüblənmişdim, axı, bu rəqəm olduqca az idi. Bu cür axtarış tempi ilə əməkdaşı illərlə axtarmaq lazım gələ bilər. Buna cavab olaraq o, bildirmişdi ki, kadrlar xidməti onun yanına məhz bu sayda namizədlər gətirir.
Problem ondadır ki, kadrlar şöbəsi çox vaxt olduqca sərt seçim filtrləri quraşdırır. Yekunda baş mühasibin yanına məhdud sayda namizədlər gəlib çıxa bilir ki, onların da əksəriyyəti “müsahibələrdən keçməyi bacaran peşəkar yoldan ötənlərdən” ibarət olur. Yəni, insan peşəkarlıq baxımından sıfıra yaxındır, amma, düzgün və gözəl hazırlanmış bir CV-i var və kadrlar üzrə mütəxəssisə özünü necə sevdirəcəyəni əla bilir. Kadr xidməti yalnız açıq-aydın uyğun olmayan namizədləri (məsələn, mühasib vakansiyasına hüquqşünasın CV-i gəldiyi hallar) seyrəltməlidir, tələblərə az-çox müvafiq gələnləri isə baş mühasibin yanına göndərməlidir. Özü də gün ərzində o, dörd-beş adamla müsahibə aparmalıdır.
Tarix : 29.03.2021
Baxışların sayı: 19768