Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əvəzedilməz işçiləri necə saxlamalı (4-cü hissə)

Əvəzedilməz işçiləri necə saxlamaq və problemli əməkdaşlardan necə qurtulmaqla bağlı faydalı məsləhətlər

4-cü hissə

Tutaq ki, baş mühasibin müavini var və o, artıq öz vəzifəsini peşəkarcasına yerinə yetirir və özü də baş mühasib olmağa tam qadirdir. Şöbə çərçivəsində heç bir karyera irəliləyişi təklif oluna bilməyən işçini necə saxlamaq olar? Əgər onun baş mühasib təyin oluna biləcəyi şirkətin filiaları və ya törəmə şirkətləri yoxsa, belədə rəhbərlik qarşısında iki imkan olur. Birinci – maaşı yüksəltmək, ikinci – qeyri-maddi stimullaşmanı həyata keçirmək.

Əməkhaqqına gəldikdə, əgər insan üçün burada daha maraqlı deyilsə və o, peşəkarcasına yüksəlmək istəyirsə, maaşını üç dəfə, hətta on dəfə qaldırsanız belə, onu uzun müddət yanınızda saxlaya bilməyəcəksiniz.

Vacib detal

Qeyri-maddi stimullara, rəhbərə şəxsi bağlılıq, kollektivdə yaxşı atmosfer, şirkətin rahat ərazi yerləşməsi  və s. amillər daxildir.

Lakin, həmin amillər də yeni iş qarşısında çox da əhəmiyyətli olmaya bilər. O səbəbdən qiymətli əməkdaşı uzun müddət yanınızda saxlaya biləcəyinizə ümid etməyinizə dəyməz.

Ona görə də gec və ya tez yaxşı adamlar bütün hallarda çıxıb gedəcəklər. Əla mühasib şirkəti tərk etdikdən sonra işləriniz axsamasın deyə, ondan müəyyən aktivləri əldə etməyə zərurət yaranır. Həmin aktivlərə aktual vəzifə təlimatları, kağız və elektron sənədlərlə bağlı qaydalar,  konfiqurasiya edilmiş standart provodkalar və hesabat formaları ilə tam avtomatlaşdırılmış mühasibat sahəsi daxildir. Ən əsas aktiv – bu sərbəst qalmış sahəyə dərhal qoyulması mümkün olan və nəticələrdən narahat olmağa dəyməyən yetişdirilən kadr, şagird idi.

Davamlılıq – kadr axınının mənfi təsirlərindən qorunmanın ən yaxşı üsuludur. Bununla yanaşı, taktiki səviyyədə “bilavasitə tabeçilikdə olanlar sırasından hami-şagird” azdır. Yəni, baş mühasibin müavini tabeçiliyində olanlardan kiminsə işdən çıxması halında boşluğu doldurmaq üçün yalnız böyük mühasiblərə deyil, həm də kiçik mühasiblərə təlim verməlidir.

“Öz” əməkdaşını necə tapmalı

1-ci siyahıya daxil olmaq üçün iddia edə bilən işçiləri tapmaq çox çətindir, belə ki, bütün vakansiyalar formal olaraq bağlandıqda belə namizədlərin axtarışı daim davam etməlidir. Və burada ən mühüm olan prioritetləri düzgün müəyyənləşdirməkdir. İlk növbədə, “özünə uyğun” əməkdaşı axtarıb tapmaqdır, çünki səmərəli qarşılıqlı fəaliyyət üçün oxşar dünyagörüşə, bu və ya digər əşyalara eyni münasibətə malik olmaq çox vacibdir. Özünü aldatma ilə məşğul olmaq və mütəxəssis yaxşı olsa da, əvvəlcə daxili antipatiyanın olduğu şəxslə münasibətləri qaydaya salmağa çalışmaq lazım deyil. Əgər münasibətlərdə diskomfort varsa, belə yaxşı mütəxəssisi yalnız həlli vacib olan məsələnin həllindən ötrü konkret olaraq müəyyən vaxta kimi götürmək olar. Lakin, onunla uzunmüddətli effektiv qarşılıqlı əlaqə hələ də mümkün olmayacaq.

Ruhən yaxın insanları öz ətrafında toplamaq üçün rəhbər şəxs tanışlığın ilk anından səmimi olmalıdır. “Hamı kimi” hərəkət etmək, elanları “qəbul olunduğu kimi” formalaşdırmaq olmaz. İstədiyiniz və hesab etdiyiniz kimi yazın. O zaman aralarında istədiklərinizə uyğun adamlar özləri sizin yanınıza gələcək.

 

Tarix : 02.01.2021

Baxışların sayı: 20647