Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əvəzedilməz işçiləri necə saxlamalı (3-cü hissə)

Əvəzedilməz işçiləri necə saxlamaq və problemli əməkdaşlardan necə qurtulmaqla bağlı faydalı məsləhətlər

3-cü hissə

Hələlik isə baş mühasibin “boz kütləni” qarışdırmaq arzusu yoxdur,  çox vaxt onun yol verdiyi yumşaqlıq üzündən 2-ci siyahıdan olanların əksəriyyətində  işin effektivliyini artırmaq üçün bütün stimul yox olur. Və ən qorxulusu, 1-ci siyahıdan olan əməkdaşların narazı qalmasıdır. Öz işlərini layiqincə yerinə yetirsələr də, onlara münasibət digərlərindən heç də fərqlənmir. Bu isə qıcıqlandırcı amil rolunu oynayır və gec və ya tez ən yaxşı kadrların işdən getməsinə gətiib çıxarır.

Qırmızı rəngli siyahıdan olan əməkdaşlardan necə can qurtarmalı

Bir qadın baş mühasib mənə tamamilə təsadüf nəticəsində arzuladığı bir müavin tapdığını söyləmişdi. Həm mütəxəssis kimi yaxşı biri, həm də bir insan olaraq əla şəxs idi. Belə görünürdü ki, buna yalnız sevinmək olardı – tabeçiliyində belə bir şəxsin olması, heç də hər bir rəhbərə nəsib olmur. Lakin, qadın bu barədə böyük təəssüf hissi ilə söz açmışdı, çünki həmin şəxsi işə götürməmişdi. Etirazın səbəbi məni çox təəccübləndirmişdi. İşindən qəti şəkildə razı olmamasına baxmayaraq, baş mühasibin hazırda yanında çalışan müavininə sadəcə yazığı gəlmişdi, həmin şəxs ona əvvəlki rəhbərlikdən “miras” qalmışdı və öz işinin öhdəsindən gələ bilmirdi. Baş mühasib bu adama işdən çıxarılacağını necə deyəcəyini heç təsəvvürünə belə gətirə bilmirdi.

Əgər biz səmərəli bölmə yaratmaq, keyfiyyətli nəticə əldə etmək və layiqli əməkhaqqı almaq istəyiriksə, gərək ciddi, hətta sərt qərarlar qəbul edək. Hər kəsə yazığımız gəlməyə başlayırsa, mühasibatlıqda daimi avrallar olduğuna təəccüblənməməliyik və baş mühasib tabeliyində olanların bütün çatışmazlıqlarını şəxsən düzəltməli, buna vaxtını, qüvvəsini və sinirlərini sərf etməlidir. Ən başlıcası təəssüflənmək, yazıqlıq çəkmək, insanın özünü alçaldır. Təsəvvür edirsinizmi ki, mühasib işləyir və hər şeyin qaydasında olduğunu fikirləşir, həqiqətdə isə onu yalnız yazıqları gəldiyinə görə işdən çıxarmırlar.

Ehtiyatlı olun!

Yazıqlıq çəkmək və ya təəsüflənmək insanın özünü alçaldır, bunu unutmayın.

Bəs, 3-cü siyahıdan olanlarla, əgər özləri işdən getmək istəməyən, xüsusilə də qalmaqalçılarla nə etməli? Bundan ötrü üsullar kifayət qədərdir. Attestasiya keçirmək olar. Və ya şərti söyləsək, dözülməz iş şəraiti yaratmaq mümkündür – vəzifə təlimatlarına müvafiq dəyişikliklər həyata keçirməklə, özünəməxsus olmayan funksiyaları üzərinə qoymaq olar. Bu yolla tabeçilkdə olanın özünün işdən çıxmaqla bağlı qərar qəbul etməsinə nail olmaq olar. Və yekun olaraq, onun işə gecikmə halını qeydə almaqla öhdəsindən gəlmək olar, axı, gez ya tez hamıda gecikmə halları müşahidə oluna bilər.

Lakin, bütün bu formal prosedurlara əl atmazdan öncə onunla yaxından söhbət edib, qarşılıqlı bir qərara gəlmək, daha yaxşı olar. Belə deyək, ona yeni iş yeri tapmaqda kömək etmək olar. Və ya işdən çıxarılarkən, iki-üç aylıq maaş da ödənilə bilər.

Tarix : 01.01.2021

Baxışların sayı: 20676