Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əvəzedilməz işçiləri necə saxlamalı (2-ci hissə)

Əvəzedilməz işçiləri necə saxlamaq və problemli əməkdaşlardan necə qurtulmaqla bağlı faydalı məsləhətlər

2-ci hissə

Qırmızı rəngli 3-cü siyahı – bu adamlar yalnız problemlər yaradırlar. Bəziləri daim münaqişədə olurlar. Onların işinə ola bilsin ki, hər hansı bir iddia olmaya bilər, amma, bu mübahisələrin bütün kollektivə pis təsiri istənilən peşəkar keyfiyyətə yüksəlir. Və ya baş mühasibin göstərişlərini sabotaj edən əməkdaşlar. Onlara aktiv şəkildə əvəzedici kadrlar axtarıb tapılmalıdır. Və özünüzü aldatmağa dəyməz: onların heç biri düzələn deyil. Rəhbərliyə və şirkətə qarşı loyal olmaq istəmirlərsə - deməli, onlarla vidalaşmaq gərəkdir.

Sarı rəngli siyahıya düşən əməkdaşlara necə münasibət bəsləməli

Statistikaya görə ən çoxsaylı siyahı 2 nömrəli siyahıdır. Mənim fikrimcə, problem ondadır ki, tabeliyində olanları əksəriyyəti baş mühasibləri tam qane edir, onlar eyni uçot sahələrini aparır, onların işində heç nə dəyişmir və heç onların özləri də dəyişmir.  “Axı, bu heç də pis deyil”, - baş mühasib özünə bəraət qazandırır.

Mən belə yanaşma ilə kökündən razı deyiləm. Həmişə nələrisə təkmilləşdirmək və daha da effektli etmək olur. Elə götürək, əsas vəsaitlərin uçotunu.  Belə baxanda, bundan asan nə var ki: uçota al və amortizasiyanı hesabla. Bəs amortizasiya normaları, əsas vəsaitlərin qrupları, hesablama üsulları, bəs, xərclərin bölüşdürülməsi maddəsi? Doğrudan da vergiləri optimallaşdırmağa cəhd edə biləcək əsas vəsaitlərin mübahisəli obyektləri varmı? Bəs cari və əsaslı təmir, istismar, modernizasiya hesabı - burada hər şey mükəmməl qurulubmu?

Daha yaxın söhbət zamanı məlum olur ki, baş mühasib sadəcə özünü sakitləşdirir. Bax, insan oturub işləyir, narahat etmir və yaxşı olar ki, onun sahəsinə müdaxilə etməyəsən, çünki onun vaxtı yoxdur və daha vacib işlər də vardır. Amma, bu təhlükəli özünü sakitləşdirmədir. Lakin, hər şeyi yoxladıqda, məlum olur ki, sənədlər qaydasında deyil, düzgün tərtib edilməyib, istənilən bir şey barədə soruşduqda isə cavabında anlaşılmaz izahlar eşidirsən.

Əməkdaşlar daim biliklərini artırmalı, zənginləşməlidirlər, kim inkişaf etmirsə - hökmən deqradasiyaya uğrayır. Bu təbiətin sərt qanunudur. O səbəbdən 2-ci siyahıdan olan mühasiblərə göstərmək lazımdır ki, onların hər biri üçün 1-ci siyahı açıqdır. Və həmin siyahıya qohumluq və vərəsəlik prinsipləri ilə deyil, müstəsna şəkildə səmərəli işləmək sayəsində düşmək olar. Həm də, məsələn, fərdi motivasiya sistemini əldə etmək istəyən şəxs əvvəlcə ən azından eyni nəticələri nümayiş etdirməlidir. Əməkdaşların özləri də anlamalıdırlar ki, fasiləsiz olaraq peşəkarcsına inkişaf etməkdən başqa çıxış yolu yoxdur. Belə olmadığı təqdirdə işdən çıxarılma riski mövcuddur.

 

Tarix : 16.12.2020

Baxışların sayı: 20852