Əvəzedilməz işçiləri necə saxlamaq və problemli əməkdaşlardan necə qurtulmaqla bağlı faydalı məsləhətlər
1-ci hissə
İstənilən şöbədə kadr axını olub, var və olacaq. Bəli, bir çox mühasiblər uzun müddət ərzində şirkətdə işləməyə üstünlük verirlər, öz sahəsinə öyrəşirlər və tədricən dar ixtisaslaşdırılmış bilikləri təkmilləşdirirlər. Amma, kimi daha çox sevsək belə, gec və ya tez işdən çıxmalı olacaq. Baxmayaraq ki, əgər aydınlaşdırsaq, burada təəccüblü heç nə yoxdur. Ən perspektivli kadrlar ona görə gedirlər ki, peşəkarlıq baxımından çox yüksəliblər və onlar daha da irəli getmək istəyirlər. Amma, işdən çıxarılmaları təəssüf doğurmayanlar – aşağı ixtisaslı və heç nəyə cəhd etməyən əməkdaşlar – isti yerlərində daha dərin kök salmaq istəyirlər, qov görüm, necə qovursan!
Kimi motivasiya etməli və kimi işdən çıxarmalı
Baş mühasibin sərəncamında olan kadrların daha səmərəli idarə olunması üçün mən bütün əməkdaşları üç siyahıya bölmək istərdim. Nəticədə işıqfor əmələ gələcək, amma, baş-ayaq şəkildə, yəni, tərsinə çevrilmiş halda.
“Mühasibatlıq işıqforu” və ya əməkdaşları necə təsnifatlaşdırmalı
“Heç vaxt tərk etməyəcəm”.
Nə etməli: fərdi motivasiya işləyib hazırlamalı.
“Əgər yaxşı bir iş yeri tapsam, buranı tərk edərəm”.
Nə etməli: tələsmədən, əvəzedici axtarmalı.
“İş yeri ilə imkan olduqca tez vidalaşacam”.
Nə etməli: aktiv şəkildə əvəzedicini axtarmalı.
Mühüm detal
Baş mühasibin etibar etdiyi və onlara tam etibar edə biləcəyi ən qiymətli əməkdaşlar üçün fərdi motivasiyanı işləyib hazırlamaq lazımdır.
Yaşıl siyahıda 1-ci siyahı – “Heç vaxt tərk etməyəcəm”. Baş mühasibin ümidi və dayağı. Bunlar o adamlardır ki, o, həmin şəxslərə özü kimi etibar edir və onlara tamamilə inanır. Və onları heç cür itirmək istəmir. Onlar üçün fərdi motivasiya tətbiq etmək təəssüf doğurmur. Yəni, baş mühasib belələrindən ötrü bir çox imtiyazlar tətbiq edə bilər və şərait yarada bilər.
Sarı rəngli 2-ci siyahı – bunlar nə “balıq”, nə də “ətdirlər”. Guya işləyirlər, lakin, xüsusi ruh yüksəkliyi olmadan çalışırlar. Peşəkarcasına inkişaf etmirlər, istənilən tapşırıqları könülsüz icra edirlər, bəzən isə sadəcə hansısa işləri yerinə yetirməyi unudurlar. Əgər baş mühasib qəfildən daha yaxşı əvəzedici tapa bilərsə, sarı siyahıdan olan əməkdaşlarla təəssüf etmədən vidalaşa bilər.
Tarix : 15.12.2020
Baxışların sayı: 20949