Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

2022-ci ildə tələb olunacaq 10 ən yaxşı mühasibat peşəsi (2-ci hissə)

27.04.2022 702 baxış

Mühasibat uçotu sahəsində bazar peşələrinin siyahısı



Auditor



Maliyyə analitiki



Risk analitiki



Komplayens



Məhkəmə mühasibi



Kredit təhlili meneceri



Vergi mühasibi



Büdcə analitiki



Mühasib



Maliyyə direktoru



1. Auditor



Orta illik əməkhaqqı: 63 427 dollar



Investopedia-nın məlumatına görə, auditor maliyyə hesabatlarının dəqiqliyini yoxlamaq və şirkətlər tərəfindən vergi qanunvericiliyinə riayət olunmasını təmin etmək səlahiyyətinə malik olan şəxsdir.



Bir qayda olaraq, auditorlar müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışırlar və bütün maliyyə vəsaitlərinin uçotunu təmin edirlər. Auditorlara həm maliyyə idarəetməsinin təsadüfi qiymətləndirilməsi, eləcə də maliyyə cinayətləri ilə bağlı şübhəli bilinən xüsusi hallar öyrədilir.



Bu, elə indi məşğul olamağa başlaya biləcəyiniz çox gəlirli mühasibatlıq karyerasıdır.



2. Maliyyə analitiki



Orta illik əməkhaqqı: 67284 dollar



Maliyyə analitiki – kənar və ya daxili müştərilərdən ötrü maliyyə təhlili aparmaq üçün təlim keçmiş peşəkardır ki, bu da onun işinin əsas aspektidir.



O, bazar tendensiyaları, bir şirkətin və ya oxşar işlərlə məşğul olan şirkətlərin maliyyə vəziyyəti kimi amillərlə bağlı apardıqları təhlillərə əsaslanaraq təşkilatlara biznes məsləhətləri verir.





Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz





Müştərilərinin vəziyyətindən və vəsaitlərinin ölçüsündən asılı olaraq, maliyyə analitikləri milyonlarla dollar dəyərində olan şirkət və təşkilatlara məsləhətlər verirlər.



3. Risk analitiki



Orta illik əməkhaqı: 77 253 dollar



Risk analitikləri təşkilatın yaxın gələcəkdə üzləşə biləcəyi potensial maliyyə risklərini qiymətləndirmək üçün təşkilatlarla sıx əməkdaşlıq edirlər.



Onlar potensial itkiləri proqnozlaşdırmaq və diversifikasiya etmək, valyuta mübadiləsi və digər investisiya strategiyaları vasitəsilə riskləri necə məhdudlaşdırmaq barədə məsləhətlər vermək üçün analitik bacarıqlarından istifadə edirlər.



4. Uyğunluq üzrə əməkdaş



Orta illik əməkhaqqı: 62 771 dollar



Komplayens üzrə mütəxəssis – bu, şirkətdə xarici normativ və hüquqi tələblərə, həmçinin daxili siyasətlərə və daxili qanunlara riayət olunmasını təmin edən məsləhətçidir.



Adətən, uyğunluq üzrə əməkdaşların öz sahibkarları qarşısında normativ riskləri müəyyən etmək və onları idarə etmək kimi rəhbərlik və işçi heyəti ilə işləmək vəzifəsi durur.



Onlar öz təşkilatlarının dövlət qərarlarına uyğunluğunu təmin etmək üçün məsuliyyət daşıyırlar, həmçinin böyük cərimələrə, hüquqi nəticələrə və nüfuzuna xələl gətirə biləcək səhvlərdən çəkinməkdə onlara kömək edirlər.



Bu, mühasibat uçotu sahəsində dərhal məşğul ola biləcəyiniz ən gəlirli peşələrdən biridir. Komplayens menecerlərinə tələbat yüksəkdir və təlimdən qısa müddət sonra işə düzəlməyinizdən demək olar ki, əmin ola bilərsiniz.



 

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →