Baş mühasib seçimi zamanı necə yanılmayasan?
2-ci hissə
Təhsil, təcrübə, düzgünlük, diqqətlilik, məsiliyyətlilik... Bütün bu keyfiyyətlərə malik olan mühasibi necə tapmalı?
İri şirkətlərdə iş təcrübəsi sizi yoldan azdırmasın
Bu yaxınlarda belə bir hadisə baş verib: kişik şirkətlərdən birinə işləmək üçün mühasib-qız gəlib, hansı ki, o, bundan əvvəl Rusiyanın nəhəng neft şirkətlərindən birində çalışıbmış. Və hesabat dövründə məlum olub ki, qız bir çox kobud səhvlərə yol verib. Bu haqda ona məlumat veriləndə, o tamamilə sakit şəkildə belə cavab verib: “Hə, bunda nə var ki? Biz həmişə belə etmişik!” Xatırlayırsınız, söyləmişdim ki, iri şirkətdə çalışan mühasib yalnız müəyyən sahə üzrə cavabdehlik daşıyır. Təbii ki, o, sizin elə də böyük olmayan, amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək. O səbəbdən namizədin SV-də “iri şirkətdə mühasib işləmişəm” kimi pafoslu xəbərdarlığı hələ hər şey demək deyil.
Kadrlar uçotunu mühasibə tapşırmayın
Bundan əlavə, mühasibə kadrlar işinin tapşırılmasının özü təhlükəlidir. Axı, bu halda mühasib özünü həm işə qəbul edir, həm də işdən çıxara bilir... Və yeri gəlmişkən, əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, maliyyə sənədləri mühasibin evində deyil, ofisdə saxlanılmalıdır. Yaxşı olardı ki, seyf də saxlanılsın.
“Şəxsi vəziyyətləri” aydınlaşdırmaqdan utanmayın
Mühasibin şirkətin bütün sənədlərinə “azad çıxışının” olmaması, onun qəfil yoxa çıxması şəraitində sizin sığortalanmağınız olacaq. Təcrübə göstərir ki, bu cür hallar artıq bir “normaya çevrilib”. Adam yarım il işləyir, yoxlama zamanı çatanda isə o, yoxa çıxır. Hələ onun sənədlərlə birgə yoxa çıxmaması yaxşı hal sayıla bilər. “Yoxa çıxanı” bu cür məsuliyyətli anda axtarıb tapmaq isə demək olar ki, mümkün olmur. Bilirsinizmi niyə belə baş verir? Çünki sahibkarlar namizədləri elementar yoxlamadan belə keçirmirlər. Sahibkar işə qəbul etdiyi mühasibin pasportunu yoxlamalıdır və onun harada qeydiyyatda olduğunu, harada yaşadığını öyrənməlidir. Yaxşı, yoxlama ərəfəsində yoxa çıxanda sən, bu şəxsi harada axtarıb tapacaqsan, axı? Bu məsələdə sənə kim kömək edəcək?
Unutmayın, sizin mühasibiniz – muzdlu işçidir
Hələ sorğu-sual zamanı beyninizdə bir aksiomanı hazır tutun: əgər, kənardan gələn mühasibin keyfiyyətləri sizi qane edirsə belə, o sizin nə arxadaşınız, nə də “maliyyə dostunuzdur”. Mühasib də digərləri kimi muzdlu işçidir, “canlı insandır”. Düzdür, tabeliyinizdə olan digərlərindən fərqli olaraq, mühasib-frilanser öz fəaliyyətini özü planlaşdırır, çünki. Bir neçə təşkilatda çalışır. Və o, bu fəaliyyəti heç də həmişə düzgün planlaşdıra bilmir.
Sizin mühasib-frilanseriniz nə qədər yaxşı biri olsa da, ona nəzarət etmək lazımdır. Heç vaxt mühasibatlıq işlərini öz axarına buraxmayın
Elə vaxt olur ki, sizin mühasibiniz üçün yeni sifarişçi ortaya çıxır. Orada işləmək daha asandır, işlər daha azdır, əməkhaqqı isə daha yüksəkdir. Sizin sifarişinizlə yeni sifarişi dəyərləndirir, belə bir qərara gəlir ki, sizin ona verdiyiniz məvacib, elə də ədalətli məbləğ deyil. O, başa düşür ki, əməkhaqqının artırılması çətin ki, baş tutsun və bu zaman mühasibin bir yolu alır, sizin müəssisənizin işləri ilə bağlı səylərini xeyli aşağı salır.
Beləliklə, mühasibat uçotunda xeyli səhvlər ortaya çıxır. Siz isə mühasibi bir qədər də qıcıqlandırırsınız. Əgər, siz bunun üstündə onun əməkhaqqını gecikdirirsinizsə və yaxud iddialar irəli sürürsünüzsə, o, kəskin şəkildə sizinlə xudafizləşəcək. Siz keçən dövrlər ərzində onun əməyinin nəticələrini əldə etmək istəyirsiniz: mühasibat proqramı, təhvil verilmiş hesabatlar və s, o isə maaaşını almadığını bəhanə edib, bunları verməkdən imtina edir... Qapalı bir dairə yaranır. Yaddan çıxarmayın: siz nadir halda partnyor olacaqsınız, amma demək olar ki, həmişə mühasibinizin rəhbəri olacaqsınız. Frilanser nə qədər yaxşı olsa belə, onun işini nəzarətdən kənar qoymayın. Mühasibatlıq işlərini öz axarına heç vaxt buraxmayın.
Tarix : 13.08.2020
Baxışların sayı: 22589