Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

İnsan Resursları Departamenti, Analitik

Bank Respublika ASC
Razılaşma 27 baxış Elan #18511

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

08.10.2026

Bitmə tarixi

07.11.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Kateqoriya

Maliyyə

İş barədə məlumat

  • HR büdcəsinin hazırlanması, icrasının izlənilməsi, plan-fakt təhlilinin aparılması və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;
  • Əməkhaqqı fondu, işçi sayı və digər HR xərcləri üzrə təhlil və proqnozların hazırlanması;
  • Aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması;
  • HR üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak, həmin göstəricilərin hesablanması və mütəmadi monitorinqi;
  • İşə qəbul, işçi sayı, əməkhaqqı və işçi axını (turnover) göstəricilərinin təhlili, əsas tendensiyaların və dəyişikliklərin səbəblərinin müəyyən edilməsi;
  • Vəzifələrin dərəcələndirilməsi (grading) sisteminin strukturunun və metodologiyasının hazırlanmasında, eləcə də tətbiqində iştirak;
  • Performansın idarə edilməsi sisteminin hazırlanmasına və tətbiqinə analitik dəstəyin göstərilməsi, aidiyyəti tərəflərin zəruri məlumat və hesabatlarla təmin edilməsi;
  • Vəzifə yüksəlişi təkliflərinin toplanması və qiymətləndirilməsi, onların büdcəyə və əsas HR göstəricilərinə təsirinin təhlili;
  • İdarə Heyəti və rəhbərliyin strateji qərarlarını dəstəkləmək məqsədilə analitik hesabatların, təqdimatların, interaktiv dashboardların və əsaslandırılmış təkliflərin hazırlanması;
  • HR proseslərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə məlumatlara əsaslanan təkliflərin verilməsi;
  • HR layihələri və təşəbbüsləri üzrə maliyyə hesablamalarının aparılması, gözlənilən xərclərin və büdcəyə təsirin qiymətləndirilməsi;
  • HR məlumatlarının düzgünlüyünün, tamlığının və mənbələr üzrə uyğunluğunun yoxlanılması, hesabatlarda vahid hesablama metodologiyasının tətbiqinin təmin edilməsi;
  • Məlumatların emalı və hesabatların hazırlanması proseslərinin avtomatlaşdırılmasında iştirak.

 

Namizədə tələblər

  • İqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, insan resurslarının idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Analitika, maliyyə planlaşdırılması, büdcə nəzarəti və ya HR analitikası sahəsində 1–3 il iş təcrübəsi;
  • Excel üzrə yüksək səviyyədə bilik: mürəkkəb formullar, pivot cədvəllər və Power Query ilə işləmə bacarığı;
  • SQL və Power BI üzrə praktiki bilik mütləqdir: Power BI-da məlumat modellərinin və interaktiv hesabatların hazırlanması;
  • Böyük həcmli məlumatları strukturlaşdırmaq, təhlil etmək və nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
  • Büdcələşdirmə, proqnozlaşdırma, plan-fakt təhlili və maliyyə göstəriciləri ilə işləmə bacarığı;
  • HR göstəriciləri və KPI-ların hesablanması, şərhi və təhlili prinsipləri barədə bilik;
  • Vəzifələrin dərəcələndirilməsi və performansın idarə edilməsi sistemləri barədə bilik arzuolunandır;
  • Analitik nəticələri biznes baxımından şərh etmək və əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
  • Hesabat və təqdimat hazırlamaq, nəticələri müxtəlif maraqlı tərəflərə aydın şəkildə çatdırmaq bacarığı;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət və işə sistemli yanaşma;
  • Əməkdaşların şəxsi və əməkhaqqı məlumatlarının məxfiliyinə riayət etmək.

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.


Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn