- İqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, insan resurslarının idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Analitika, maliyyə planlaşdırılması, büdcə nəzarəti və ya HR analitikası sahəsində 1–3 il iş təcrübəsi;
- Excel üzrə yüksək səviyyədə bilik: mürəkkəb formullar, pivot cədvəllər və Power Query ilə işləmə bacarığı;
- SQL və Power BI üzrə praktiki bilik mütləqdir: Power BI-da məlumat modellərinin və interaktiv hesabatların hazırlanması;
- Böyük həcmli məlumatları strukturlaşdırmaq, təhlil etmək və nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
- Büdcələşdirmə, proqnozlaşdırma, plan-fakt təhlili və maliyyə göstəriciləri ilə işləmə bacarığı;
- HR göstəriciləri və KPI-ların hesablanması, şərhi və təhlili prinsipləri barədə bilik;
- Vəzifələrin dərəcələndirilməsi və performansın idarə edilməsi sistemləri barədə bilik arzuolunandır;
- Analitik nəticələri biznes baxımından şərh etmək və əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
- Hesabat və təqdimat hazırlamaq, nəticələri müxtəlif maraqlı tərəflərə aydın şəkildə çatdırmaq bacarığı;
- Azərbaycan dilini yüksək səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır;
- Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət və işə sistemli yanaşma;
- Əməkdaşların şəxsi və əməkhaqqı məlumatlarının məxfiliyinə riayət etmək.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: