Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

Büdcə və hesabatlılıq üzrə mütəxəssis

A+CO ASC
Razılaşma 11 baxış Elan #18775

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

11.11.2026

Bitmə tarixi

11.12.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Kateqoriya

Maliyyə

İş barədə məlumat

“A+CO” ASC “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir. 

Vəzifə öhdəlikləri:

  • Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak etmək;
  • Büdcə üzrə kənarlaşmaları təhlil etmək 
  • Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
  • Struktur bölmələrdən büdcə və hesabatlılıq üçün zəruri məlumatları toplamaq və təhlil etmək;
  • Plan və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
  • Gəlir və xərc göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
  • Hesabat məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını yoxlamaq;
  • Rəhbərlik tərəfindən tələb olunan operativ və xüsusi təyinatlı hesabatları hazırlamaq;
  • Hesabatlılıq proseslərinin təkmilləşdirilməsi, hesabat formalarının standartlaşdırılması və avtomatlaşdırılması istiqamətində iştirak etmək;
  • Hesabatların müəyyən edilmiş forma və müddətlərə uyğun hazırlanmasına nəzarət etmək.

İş şəraiti: 

  • İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
  • İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük; 
  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı  - Bilik və bacarıqlara uyğun təyin olunacaq

 

Namizədə tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür);
  • Büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə biliklər;
  • Maliyyə və iqtisadi göstəricilərin təhlili bacarığı;
  • Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Maliyyə və mühasibat uçotu prinsipləri haqqında biliklər;
  • Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
  • Komandada işləmək və vaxtın düzgün idarə edilməsi bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik.

Üstünlük hesab olunur:

  • Logo , ERP və digər maliyyə idarəetmə proqramları ilə işləmək təcrübəsi;
  • Power BI üzrə biliklər;
  • Büdcə planlaşdırılması və proqnozlaşdırılması təcrübəsi;
  • MHBS (IFRS) və maliyyə hesabatlılığı üzrə biliklər.

Şəxsi keyfiyyətlər:

  • Analitik və məntiqi düşünmə;
  • Dəqiqlik və diqqətlilik;
  • Təşəbbüskarlıq;
  • Məxfi məlumatlarla işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” yazaraq hr@aplusco.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn