Ətraflı məlumat
İş barədə məlumat
- Sığorta məhsulları üzrə mütəmadi və ad-hoc analitik hesabatların hazırlanması;
- Sığorta məhsulları üzrə data analitikasının aparılmasında iştirak edilməsi;
- Biznes tərəflərlə (məhsul, aktuar və satış komandaları) əməkdaşlıq edərək analitik tələblərin müəyyənləşdirilməsi;
- Mövcud hesabat və dashboard-ların keyfiyyətinə nəzarət edilməsi, təkrarlanan və lazımsız hesabatların aşkarlanması və konsolidasiyası;
- Yeni dashboard-ların data modelinin qurulması mərhələsindən başlayaraq hazırlanması;
- Satış lidlərinin keyfiyyət və konversiya göstəriciləri üzrə təhlil edilməsi, zəif performans göstərən kanalların və seqmentlərin müəyyənləşdirilməsi;
- Kiçik analitiklərin işlərinin nəzərdən keçirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsi;
- Kompleks SQL sorğularının yazılması və performansının optimallaşdırılması;
- Power BI dashboard-larının hazırlanması, yenilənməsi və texniki dəstəyinin təmin edilməsi.
Namizədə tələblər
İş təcrübəsi: Müvafiq sahə üzrə 3–5 il iş təcrübəsi;
Təhsil: Riyaziyyat, statistika, iqtisadiyyat, aktuar elmləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Dil bilikləri: İngilis dili- yaxşı; Rus dili- yaxşı;
Üstünlüklər: Sığorta sektorunda iş təcrübəsinin olması;
Kompüter və texniki biliklər:
- MS Excel – əla səviyyədə;
- Power BI – əla səviyyədə;
- MS SQL (T-SQL) – əla səviyyədə;
- Python – əla səviyyədə.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar