Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

Biznesə nəzarət şöbə müdiri

Veysəloğlu-Rossmann
Razılaşma 106 baxış Elan #18614

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

5 ildən artıq

Elan tarixi

21.10.2026

Bitmə tarixi

20.11.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Kateqoriya

Maliyyə

İş barədə məlumat

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə nəzarəti və kommersiya analitikası funksiyalarını təşkil etmək, rəhbərliyə dövri idarəetmə hesabatları təqdim etmək.
  • Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
  • Məhsullar üzrə satış qiymətlərinin və marjaların hesablanmasına nəzarət etmək, məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik təhlillərini aparmaq.
  • Təchizatçılarla bağlanmış müqavilələrin kommersiya şərtlərini təhlil etmək, müqavilə reyestrini, bonusların (rebate), marketinq dəstəklərinin və digər kommersiya gəlirlərinin hesablanması və uçotunu nəzarətdə saxlamaq.
  • Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini qiymətləndirmək, xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması üzrə təkliflər vermək.
  • Büdcə, maliyyə proqnozları və maliyyə modellərinin hazırlanmasında iştirak etmək, əsas maliyyə və kommersiya göstəricilərini mütəmadi izləmək.
  • Şirkətin biznes proseslərini və prosedurlarını təhlil etmək, onların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək, daxili qaydalara və nəzarət mexanizmlərinə əməl olunmasını təmin etmək.
  • Maliyyə əməliyyatlarının, sənədləşmənin və kommersiya məlumatlarının düzgünlüyünə, daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək.
  • ERP sistemi üzərindən maliyyə dövrünün bağlanmasını, hesabların uzlaşdırılmasını və maliyyə məlumatlarının vaxtında və düzgün yekunlaşdırılmasını koordinasiya etmək.
  • Balans hesablarını, gəlir və xərc maddələrini, ehtiyatları, debitor və kreditor borclarını təhlil etmək, maliyyə və əməliyyat risklərini müəyyənləşdirmək.
  • Daxili və xarici audit proseslərində iştirak etmək, tələb olunan məlumatların və izahların hazırlanmasını təmin etmək.
  • Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi, Anbar və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək maliyyə və kommersiya məlumatlarının düzgünlüyünü və proseslərin səmərəliliyini artırmaq.
  • Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasına nəzarət etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.
  • Rəhbərlik tərəfindən verilən maliyyə təhlili, biznes əsaslandırmaları və digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
  • Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
  • Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
  • Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.

Digər məlumatlar:

  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Yanacaq kartı
  • Nahar ilə təminat
  • Könüllü tibbi sığorta paketi
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti

 

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
  • Müvafiq  sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
  • Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
  • Qərarvermə və problemləri həll etmə bacarığı
  • Vaxtın və resursların effektiv idarə etmə bacarığı
  • Strateji düşünmə  və planlaşdırma bacarığı
  • Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
  • MS Excel üzrə yaxşı səviyyə
  • Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
  • Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn