Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis

OBA Market MMC
Razılaşma 102 baxış Elan #18508

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

07.10.2026

Bitmə tarixi

06.11.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Veb sayt

www.oba.az

Kateqoriya

Maliyyə

İş barədə məlumat

  • Məhsul resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi yenilənməsini həyata keçirmək;
  • Resepturalarda istifadə olunan xammal və inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək və sistemdə düzgün əks etdirilməsini təmin etmək;
  • Məhsulların maya dəyərinin hesablanmasını həyata keçirmək və xammal qiymətlərindəki dəyişikliklərə uyğun olaraq müvafiq yenilənmələri aparmaq;
  • İstehsalat, anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar edilmiş uyğunsuzluqları araşdırmaq;
  • Mal qəbulu, silinmə, transfer və digər mal-material əməliyyatlarının ERP sistemi üzərindən düzgün uçotunu və izlənilməsini təmin etmək;
  • İnventarizasiya proseslərində iştirak etmək, faktiki və sistem qalıqları arasındakı fərqləri təhlil etmək və səbəblərini araşdırmaq;
  • Xammal və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini təhlil etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək;
  • İstehsalat, maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək;
  • ERP və mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam və aktual şəkildə əks etdirilməsinə nəzarət etmək;
  • Sistem məlumatları ilə faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu mütəmadi olaraq yoxlamaq.

 

Namizədə tələblər

  • Ali təhsil – Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya əlaqəli sahələr üzrə;
  • İstehsalat uçotu, maya dəyərinin hesablanması, anbar uçotu və ya maliyyə sahəsində iş təcrübəsi;
  • Məhsul resepturaları və xammal sərfiyyatı üzrə əsas anlayışların olması;
  • ERP və ya mühasibat uçotu proqramları ilə işləmə bacarığı;
  • Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
  • Xammal və materialların qiymət dəyişikliklərinin maya dəyərinə təsirini təhlil etmək bacarığı;
  • Anbar, istehsalat və satış məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
  • Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.


Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn