Maliyyə
Maliyyə Hesabatlığı və Mühasibatlıq Departamentinin Maliyyə Nəzarəti və Uçotu Şöbəsinin Mütəxəssisi
Kapital Bank
Razılaşma
8 baxış
Elan #18853
Ətraflı məlumat
İş barədə məlumat
Öhdəliklər
- Bankın makroiqtisadi şoklara qarşı dayanıqlığını ölçmək məqsədilə əlverişsiz ssenarilər üzrə stres-testlər aparmaq;
- Kapital stres-testi və kapital adekvatlığı çərçivəsini gücləndirən stres-test prosedurlarını hazırlamaq və tətbiq etmək;
- Stres-test və kapital adekvatlığının qiymətləndirilməsi məqsədilə pərakəndə və korporativ kredit portfelləri üzrə makroiqtisadi dəyişənləri PD, LGD, NPL və miqrasiya kimi risk drayverləri ilə əlaqələndirən ekonometrik, zaman sıraları və panel məlumat modelləri qurmaq;
- Stres ssenarilərinin mənfəət və zərər hesabatına, risk üzrə ölçülmüş aktivlərə və kapital adekvatlığına təsirini hesablamaq, kapital və likvidlik riskləri arasında ikinci mərhələ təsirlərini modelləşdirmək, əks-stres testləri və həssaslıq təhlilləri aparmaq;
- Modelləri daxili normativ sənədlər əsasında qurmaq, sənədləşdirmək, ilkin validasiyasını həyata keçirmək və müstəqil validasiya prosesinə dəstək göstərmək;
- Stres-test nəticələrinin risk iştahası limitlərinə, kapital planlamasına və strateji planlaşdırmaya inteqrasiyasını təmin etmək;
- Bazar dinamikasını və requlyativ dəyişiklikləri nəzərə alaraq modelləri davamlı təkmilləşdirmək.
Təklif olunanlar
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər Əlavə məzuniyyət günləri
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə, ekonometrika, statistika və ya riyaziyyat üzrə ali təhsil;
- Ekonometrik modelləşdirmə sahəsində minimum 3 il iş təcrübəsi;
- SQL və Python üzrə biliklər;
- FRM, CFA və ya CQF sertifikatı, stres-test, model validasiyası və ya model auditi sahəsində təcrübə.
- Güclü analitik düşünmə, liderlik, ünsiyyət və komandada işləmək bacarıqları;
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar