Maliyyə
Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis
Premium Bank
Razılaşma
18 baxış
Elan #18836
Ətraflı məlumat
İş barədə məlumat
“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir.
İşin təsviri:
- Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir;
- Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir;
- Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
- Əməliyyat, bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәt edir;
- Ssenariləri təhlil edir, Stress-test modellərini hazırlayır, tətbiq edir və nəticələrini analiz edir;
- Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir;
- Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
- İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icra edir və insidentlər üzrə müvafiq hesabatları hazırlayır;
- Əməliyyat risklərinə aparan müvafiq bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirir..
Namizədə tələblər
- Maliyyə, iqtisad sahəsində ali təhsil;
- Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
- Əla səviyyədə MS Excel biliyi;
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
- Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
- Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı.
- Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə cv@premiumbank.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar