Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

Strategiya, Büdcə və Analitika Şöbəsinin Baş Data Analitiki

Kapital Bank
Razılaşma 16 baxış Elan #18697

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

3 ildən 5 ilə qədər

Elan tarixi

02.11.2026

Bitmə tarixi

15.11.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Kateqoriya

Maliyyə

İş barədə məlumat

Vakansiya haqqında

 

Birbankda Strategiya, büdcə və analitika şöbəsinin baş data analitiki rolunda bankın və ekosistemin inkişafına data əsaslı qərarlarla töhfə verəcək, analitikanı real biznes dəyərinə və daha yaxşı müştəri təcrübəsinə çevirəcək peşəkar axtarırıq.

Öhdəliklər

  • Kredit və depozit portfeli, komissiya gəlirləri və müştəri seqmentləri üzrə müntəzəm və ad-hoc analizlərin hazırlanması
  • Data anbarından (DWH) SQL vasitəsilə məlumatların çıxarılması, təmizlənməsi və biznes məntiqinə uyğun strukturlaşdırılması
  • İdarəetmə hesabatlığı üçün dashboard-ların Power BI və ya Tableau vasitəsilə hazırlanması və dəstəklənməsi
  • Biznes sahibləri ilə tələblərin toplanması və analitik məsələlərin düzgün formalaşdırılması
  • Data keyfiyyəti ilə bağlı problemlərin aşkarlanması və müvafiq komandalarla birgə həll edilməsi
  • Analiz nəticələrinin menecment üçün aydın və interpretasiya yönümlü formatda, biznes izahı ilə təqdim edilməsi
  • Junior analitiklərə metodoloji dəstəyin göstərilməsi və işlərinin nəzərdən keçirilməsi

Təklif olunanlar

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Namizədə tələblər

  • Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, informasiya texnologiyaları və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi
  • Data analitika sahəsində minimum 3–5 il, bunun ən azı 2 ili bank/maliyyə sektorunda olmaqla iş təcrübəsi
  • SQL üzrə yüksək səviyyədə bilikləri (Window Functions, CTE, mürəkkəb JOIN-lar, performans optimizasiyası)
  • Power BI və ya Tableau ilə real layihə təcrübəsi (Data Model, DAX/LOD, RLS)
  • Python və ya R vasitəsilə data emalı və statistik analiz bacarıqları (minimum Pandas, NumPy səviyyəsində)
  • Seqmentasiya, korrelyasiya, reqressiya və zaman sıraları üzrə proqnozlaşdırma kimi statistik metodlar üzrə bilik və təcrübə
  • Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə
  • Problem həlletmə bacarığı və nəticəyönümlülük
  • Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn