Vakansiya haqqında
Birbankda Strategiya, büdcə və analitika şöbəsinin baş data analitiki rolunda bankın və ekosistemin inkişafına data əsaslı qərarlarla töhfə verəcək, analitikanı real biznes dəyərinə və daha yaxşı müştəri təcrübəsinə çevirəcək peşəkar axtarırıq.
Öhdəliklər
- Kredit və depozit portfeli, komissiya gəlirləri və müştəri seqmentləri üzrə müntəzəm və ad-hoc analizlərin hazırlanması
- Data anbarından (DWH) SQL vasitəsilə məlumatların çıxarılması, təmizlənməsi və biznes məntiqinə uyğun strukturlaşdırılması
- İdarəetmə hesabatlığı üçün dashboard-ların Power BI və ya Tableau vasitəsilə hazırlanması və dəstəklənməsi
- Biznes sahibləri ilə tələblərin toplanması və analitik məsələlərin düzgün formalaşdırılması
- Data keyfiyyəti ilə bağlı problemlərin aşkarlanması və müvafiq komandalarla birgə həll edilməsi
- Analiz nəticələrinin menecment üçün aydın və interpretasiya yönümlü formatda, biznes izahı ilə təqdim edilməsi
- Junior analitiklərə metodoloji dəstəyin göstərilməsi və işlərinin nəzərdən keçirilməsi
Təklif olunanlar
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri