Ətraflı məlumat
İş barədə məlumat
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Bu vəzifənin rolu Maliyyə nəzarətçisinə satış və xərclərlə əlaqədar uçotun aparılmasında dəstək olmaqdır.
Öhdəlikləri:
Gündəlik əməliyyat və kassaya nəzarət:
- Gündəlik satışdan daxil olan nəğd və qeyri-nəğd məbləğlərin Excel-də qeydiyyatını aparmaq və bank çıxarışları ilə mədaxilləri üzləşdirmək.
- Kassa və POS əməliyyatlarının düzgünlüyünü yoxlamaq, nəğd və bank hesabı hərəkətlərini izləmək.
İnvoys və ödəniş qeydiyyatı:
- Ödənişlərin planlaşdırılması üçün daxil olan bütün invoysların Excel-də qeydiyyatını aparmaq və ödəndikcə yeniləmək.
- Hər bir mal invoysuna uyğun gömrük və nəqliyyat xərclərinin düzgün şəkildə uçotunu aparmaq.
Bank əməliyyatlarının uçotu və PL qeydiyyatı:
- Bank vasitəsilə həyata keçirilən bütün ödənişlərin PL (Profit & Loss) excel faylında qeydiyyatını aparmaq.
- Maliyyə sənədlərinin ilkin yoxlanması və sistemə düzgün daxil edilməsinə nəzarət.
Hesabatların hazırlanmasına dəstək və əmək haqqı qeydiyyatı:
- Günlük və aylıq hesabatların hazırlanmasında iştirak etmək.
- Ödənilmiş əmək haqlarına dair məlumatların Excel-də düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.
İnventar və ezamiyyə nəzarəti:
- Anbar və mağaza qalıqlarını sistemdəki məlumatlarla uyğunluq baxımından izləmək.
- Ezamiyyə xərclərinin daxili qaydalara uyğun xərclənməsinə nəzarət və sənədləşmənin yoxlanmasında iştirak.
Maliyyə nəzarətçisinə dəstək və sistemlə iş:
- Maliyyə nəzarətçisinin tapşırıqlarının icrasında və digər gündəlik işlərdə köməklik göstərmək.
- ERP və satış sistemlərində məlumatların dəqiqliyinin təmin olunmasında iştirak etmək.
Namizədə tələblər
- Maliyyə uçotu və mühasibatlıq üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də maliyyə/mühasibatlıq uçotu, invoys və ödəniş qeydiyyatı, kassa/bank əməliyyatları, P&L faylı, maliyyə sənədləri və/və ya hesabatların hazırlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
- 1C, ERP və ya digər uçot/maliyyə sistemləri ilə işləmək üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də 1C, ERP, accounting/bookkeeping system, POS/satış sistemi, invoice/payment tracker, maliyyə məlumat bazası və/və ya Excel-based uçot registerləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
- MS Office
- Rus dili – orta və ya daha yüksək səviyyə, İngilis dili arzuolunandır
Təhsil:
- Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühasibatlıq, və ya əlaqəli sahə üzrə təhsil)
İş təcrübəsi:
- Maliyyə, mühasibatlıq, kassa/bank əməliyyatları, e-qaimə/ödəniş qeydiyyatı, bank/POS üzləşdirmələri, və/və ya maliyyə hesabatları üzrə iş təcrübəsi üstünlükdür.
Professional bacarıq və kompetensiyalar:
- Analitik düşüncə
- Riyazi düşüncə
- Detallara diqqət
- Punktuallıq
- Məsuliyyət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar