Ətraflı məlumat
İş barədə məlumat
"FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Aparıcı Maliyyə Mütəxəssisi vəzifəsini elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin illik büdcələşdirmə prosesində fəal iştirak etmək, büdcə şablonlarının hazırlanmasını və baş ofis funksiyaları və filiallarla koordinasiyasını həyata keçirmək.
- Struktur bölmələr və filiallardan daxil olan büdcə məlumatlarını konsolidasiya etmək, yoxlamaq və təsdiq edilmiş büdcə ilə uyğunluğunu təmin etmək.
- Əvvəlki ayın faktiki nəticələri əsasında aylıq rolling forecast hazırlamaq, əsas dəyişiklikləri, riskləri və gözləntiləri təhlil edərək rəhbərliyə məlumat vermək.
- Bank, struktur bölmələri və filiallar üzrə faktiki nəticələrlə büdcənin müqayisəli (Budget vs Actual) təhlilini hazırlamaq və əsas kənarlaşmaların səbəblərini müəyyən etmək.
- İdarə Heyəti üçün aylıq plan-fakt (variance analysis) hesabatını əsas səbəblər və təklif olunan tədbirlərlə birlikdə hazırlamaq.
- Büdcə sahibləri ilə mütəmadi əlaqə saxlamaq, büdcə ilə bağlı sualları cavablandırmaq və xərclərin büdcə daxilində idarə olunmasına (OPEX control) dəstək göstərmək.
- Aktiv büdcə və forecast fayllarını müəyyən edilmiş müddətlərdə yeniləmək, məlumatların tamlığını və dəqiqliyini təmin etmək.
- Həftəlik və zərurət olduqda daha qısa müddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (cash-flow forecast) hazırlamaq və potensial likvidlik ehtiyaclarını əvvəlcədən müəyyən etmək.
- Müvafiq bank hesabları üzrə likvidliyi izləmək və biznes və əməliyyat fəaliyyəti üçün kifayət qədər vəsaitin mövcudluğunu təmin etmək.
- Aktiv və öhdəliklər üzrə likvidlik boşluqlarının təhlilini (liquidity gap analysis) hazırlamaq və müxtəlif stress ssenariləri altında likvidlik mövqeyini qiymətləndirmək.
- ALCO (Aktiv-Öhdəlik Komitəsi) paketini hər ay vaxtında hazırlamaq, yeniləmək və nəzərdən keçirilməsi üçün Baş Maliyyə İcraçısına təqdim etmək.
- Açıq valyuta mövqeyini (OCP) hesablamaq, müəyyən edilmiş limitlər daxilində saxlanılmasını izləmək və limitlər üzrə mümkün kənarlaşmaları vaxtında müəyyən etmək.
- Valyuta riskinin idarə olunması məqsədilə yeni hedcinq, mövcud hedcinq alətlərinin yenilənməsi və qiymətləndirilməsi ehtiyaclarını müəyyən etmək.
- Mövcud borclanmalar üzrə məlumatları, ödəniş qrafiklərini, faiz dərəcələrini, müddətləri və digər əsas şərtləri aylıq olaraq yeniləmək və izləmək.
- Maliyyələşmə ehtiyacları (funding needs) üzrə proqnozların hazırlanmasına və yeni maliyyələşmə ehtiyaclarının vaxtında müəyyən edilməsinə Baş Maliyyə İcraçısına dəstək göstərmək.
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Əlavə məzuniyyət
- Push30
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
Namizədə tələblər
- Maliyyə sektorunda 3-5 il iş təcrübəsi; büdcələşdirmə, maliyyə təhlili, treasury və ya likvidliyin idarə olunması sahəsində təcrübə üstünlükdür.
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; ACCA/CPA və ya ekvivalent peşəkar kvalifikasiya üstünlükdür.
- Maliyyə modelləşdirilməsi, büdcələşdirmə və proqnozlaşdırma, likvidliyin idarə olunması və maliyyə təhlili üzrə yaxşı biliklər; MHBS üzrə bilik üstünlükdür.
- Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik, həmçinin MS Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilini səlis bilmək; İngilis dili biliyi üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar