Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

Maliyyə analiz, büdcə və hesabatlılıq üzrə Şöbə müdiri

Veysəloğlu-Rossmann
Razılaşma 8 baxış Elan #18355

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

5 ildən artıq

Elan tarixi

15.09.2026

Bitmə tarixi

14.10.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Veb sayt

www.rossmann.de

Kateqoriya

Maliyyə

İş barədə məlumat

  • Şirkətin illik büdcəsinin və ortamüddətli maliyyə planlarının hazırlanmasını və konsolidasiyasını təşkil etmək;
  • Büdcə təkliflərini təhlil etmək, əsaslandırılmasını və maliyyə imkanları ilə uyğunluğunu qiymətləndirmək;
  • Büdcənin aylıq, rüblük və illik icrasına nəzarət etmək, plan-fakt təhlilləri aparmaq və kənarlaşmaların səbəblərini müəyyənləşdirmək;
  • Gəlir, xərc, mənfəət, əməkhaqqı fondu, işçi sayı və kapital qoyuluşları üzrə proqnozların hazırlanmasını təşkil etmək
  • Maliyyə və əməliyyat göstəricilərini təhlil etmək, gəlirlilik, rentabellik, xərclərin effektivliyi və digər əsas KPI-lar üzrə qiymətləndirmələr aparmaq;
  • Xərclərin optimallaşdırılması və resurslardan səmərəli istifadə imkanlarını müəyyən etmək və təkliflər hazırlamaq;
  • Müxtəlif biznes və maliyyə ssenariləri üzrə təhlillər, həssaslıq və stress-testlər aparmaq;
  • İnvestisiya layihələri və biznes təkliflərini NPV, IRR, geriödəmə müddəti və digər maliyyə göstəriciləri əsasında qiymətləndirmək;
  • Büdcə, maliyyə təhlili, proqnozlaşdırma və idarəetmə hesabatlılığı üzrə metodologiya və daxili prosedurların hazırlanmasında iştirak etmək;
  • Maliyyə modellərinin hazırlanması və yoxlanılmasını, büdcə və proqnoz versiyalarının düzgün sənədləşdirilməsini təmin etmək;
  • Maliyyə direktoruna və rəhbərliyə maliyyə göstəriciləri, risklər və biznes qərarları üzrə analitik rəy və təkliflər təqdim etmək.
  • Biznes vahidləri (istehsal, satış, marketing, logistika və s.) üzrə maliyyə planlarının formalaşdırılması, büdcə disiplinin qorunub saxlanmasına nəzarət, faktiki nəticələrin büdcə və forecast ilə müqayisəli təhlilini aparmaq
  • Məhsul (SKU), satış kanalı və müştəri seqmenti üzrə gəlirlilik analizlərini aparmaq, COGS, Gross margin, Contribution margin, EBITDA kimi əsas göstəricilərin təhlilini həyata keçirmək
  • Hesabatlılıq proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsini həyata keçirmək, Excel və BI alətləri vasitəsilə dashboard və analitik alətlərin qurulmasını təmin etmək
  • Biznes vahidləri (istehsal, satış, marketing, logistika və s.) üzrə maliyyə planlarının formalaşdırılması, büdcə disiplinin qorunub saxlanmasına nəzarət, faktiki nəticələrin büdcə və forecast ilə müqayisəli təhlilini aparmaq

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
  • Müvafiq  sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
  • Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
  • FP&A, maliyyə modelləşdirmə və biznes analizi üzrə biliklər
  • ACCA, CIMA, CFA üzrə sertifikatlar üstünlüktür
  • Qərarvermə və problemləri həll etmə bacarığı
  • Vaxtın və resursların effektiv idarə etmə bacarığı
  • Strateji düşünmə  və planlaşdırma bacarığı
  • Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
  • MS Excel və Power BI bilikləri yaxşı səviyyə
  • Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları 

Digər məlumatlar:

  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Yanacaq kartı
  • Nahar ilə təminat
  • Könüllü tibbi sığorta paketi
  • Korporativ mobil nömrə və aylıq danışıq limiti

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər Maliyyə analiz, büdcə və hesabatlılıq üzrə şöbə müdiri adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn