İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Bu vəzifənin rolu Maliyyə nəzarətçisinə satış və xərclərlə əlaqədar uçotun aparılmasında dəstək olmaqdır.
Öhdəlikləri:
Gündəlik əməliyyat və kassaya nəzarət:
- Gündəlik satışdan daxil olan nəğd və qeyri-nəğd məbləğlərin Excel-də qeydiyyatını aparmaq və bank çıxarışları ilə mədaxilləri üzləşdirmək.
- Kassa və POS əməliyyatlarının düzgünlüyünü yoxlamaq, nəğd və bank hesabı hərəkətlərini izləmək.
İnvoys və ödəniş qeydiyyatı:
- Ödənişlərin planlaşdırılması üçün daxil olan bütün invoysların Excel-də qeydiyyatını aparmaq və ödəndikcə yeniləmək.
- Hər bir mal invoysuna uyğun gömrük və nəqliyyat xərclərinin düzgün şəkildə uçotunu aparmaq.
Bank əməliyyatlarının uçotu və PL qeydiyyatı:
- Bank vasitəsilə həyata keçirilən bütün ödənişlərin PL (Profit & Loss) excel faylında qeydiyyatını aparmaq.
- Maliyyə sənədlərinin ilkin yoxlanması və sistemə düzgün daxil edilməsinə nəzarət.
Hesabatların hazırlanmasına dəstək və əmək haqqı qeydiyyatı:
- Günlük və aylıq hesabatların hazırlanmasında iştirak etmək.
- Ödənilmiş əmək haqlarına dair məlumatların Excel-də düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.
İnventar və ezamiyyə nəzarəti:
- Anbar və mağaza qalıqlarını sistemdəki məlumatlarla uyğunluq baxımından izləmək.
- Ezamiyyə xərclərinin daxili qaydalara uyğun xərclənməsinə nəzarət və sənədləşmənin yoxlanmasında iştirak.
Maliyyə nəzarətçisinə dəstək və sistemlə iş:
- Maliyyə nəzarətçisinin tapşırıqlarının icrasında və digər gündəlik işlərdə köməklik göstərmək.
- ERP və satış sistemlərində məlumatların dəqiqliyinin təmin olunmasında iştirak etmək.