Ətraflı məlumat
İş barədə məlumat
“Groupone” MMC şirkəti “Mühasib” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Restoranın gündəlik maliyyə və mühasibat əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə aparılmasını təmin etmək;
- Kassa əməliyyatlarına, POS terminallardan daxil olan ödənişlərə və nağd pul dövriyyəsinə nəzarət etmək;
- Gündəlik satış hesabatlarının yoxlanılması, dövriyyələrin uçota alınması və müvafiq maliyyə hesabatlarının hazırlanması;
- Restoranın gəlir və xərclərinin uçotunu aparmaq, maliyyə göstəricilərini təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Təchizatçılarla hesablaşmaların aparılması, alış sənədlərinin yoxlanılması və ödənişlərin vaxtında icrasına nəzarət etmək;
- Anbar və inventar uçotunun aparılmasına nəzarət etmək, məhsul hərəkətlərinin mühasibat uçotu ilə uyğunluğunu təmin etmək;
- Məhsul qalıqları, silinmələr və inventarizasiya nəticələrinin təhlilini aparmaq, uyğunsuzluqları araşdırmaq;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əməkhaqqına bağlı ödənişlərin hesablanması və uçotunun aparılmasına nəzarət etmək;
- Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Bank əməliyyatlarının həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması və bank hesabları üzrə hərəkətlərin uçotunu aparmaq;
- Restoranın maya dəyərinin hesablanmasında iştirak etmək, məhsul rentabelliyini və xərc strukturunu təhlil etmək;
- Müqavilələrin maliyyə şərtlərini yoxlamaq və maliyyə risklərini qiymətləndirmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Daxili və xarici audit proseslərində iştirak etmək, auditor sorğularının cavablandırılmasını təmin etmək;
- Mühasibat uçotu üzrə qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş yeri: Bakı şəhəri; Globus Center
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 1000 AZN.
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil
- Minimum 2 il müvafiq iş təcrübəsi
- Vergi Məcəlləsi və mühasibat uçotu standartları üzrə bilik
- Mühasibat proqramları ilə işləmə bacarığı
- MS Excel üzrə yüksək səviyyədə bacarıq
- Azərbaycan dili sərbəst, rus və ingilis dilləri üstünlükdür
- Analitik düşünmə və yüksək məsuliyyətlilik
Uyğun namizədlər CV-lərini mövzu hissəsində Mühasib qeyd etməklə hr@groupone.az elektron ünvanımıza göndərə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar