Ətraflı məlumat
İş barədə məlumat
- Mühasibatlıq üzrə Təcrübəçi / Stajor (Ödənişsiz)
- İş rejimi: HibridMüddət: 3 ayLayihə /
- İş mühiti: Real müəssisə və mühasibatlıq prosesləri
- Mühasibatlıq sahəsində ilkin biliklərə sahib, praktiki təcrübə qazanmaq və özünü bu istiqamətdə inkişaf etdirmək istəyən məsuliyyətli və öyrənməyə həvəsli Mühasibatlıq üzrə Təcrübəçi / Stajor axtarırıq.
- Proqram müddətində real iş prosesləri ilə tanış olmaq, mühasibat uçotunun gündəlik əməliyyatlarını öyrənmək və mövcud proseslərdə praktiki təcrübə qazanmaq imkanı olacaq.
- Excel və Word proqramları ilə işləmə bacarığıDiqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaqVerilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
Əsas vəzifələr
- Gündəlik mühasibatlıq əməliyyatlarında dəstək göstərməkİlkin mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək
- 1C proqramında əməliyyatlarla işləmək
- Debitor və kreditor borclarının uçotunun aparılmasına dəstək olmaq
- Kassa və bank əməliyyatları ilə bağlı məlumatların işlənməsində iştirak etmək
- Sənədlərin düzgünlüyünün yoxlanılmasına və arxivləşdirilməsinə kömək etmək
- Mühasibat məlumatlarının sistemləşdirilməsi və hesabatların hazırlanmasına dəstək olmaq
- Mövcud mühasibat proseslərini öyrənmək və tətbiq etmək
Sizə nə veririk?
- Sertifikat: Sonda sertifikat və təcrübə təsdiq sənədi.
- Praktiki Təcrübə: Real iş mühitində mühasibatlıq proseslərini öyrənmək və praktiki bacarıqlarınızı inkişaf etdirmək imkanı.
- Peşəkar İnkişaf: Mühasibat uçotunun əsas istiqamətləri üzrə biliklərinizi möhkəmləndirmək və real iş proseslərini yaxından öyrənmək.
- 3 Aylıq Təcrübə Proqramı: Proqram müddəti 3 ay təşkil edir və iş rejimi hibriddir.
- Gələcək Əməkdaşlıq: Təcrübə proqramını uğurla başa vuran və özünü doğruldan namizədlər üçün 3 aydan sonra uzunmüddətli və rəsmi işə qəbul imkanı nəzərdə tutulur.
- CV-də varsa, 1C üzrə bilik səviyyənizi və əvvəlki praktiki təcrübəniz barədə qısa məlumat qeyd etməyiniz üstünlükdür
Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və iş rejimi hibriddir. Proqramın nəticələrinə əsasən uğurlu namizədlərlə uzunmüddətli, rəsmi əməkdaşlıq imkanları nəzərdə tutulur.
Namizədə tələblər
- Mühasibatlıq sahəsində təhsil alan və ya bu istiqamətdə inkişaf etmək istəyənlər
- Mühasibatlıq üzrə ilkin bilikləri olan şəxslər
- 1C proqramı ilə ən azı baza səviyyəsində tanış olanlar
- Debitor, kreditor, kassa, bank və ilkin sənədlərlə bağlı əsas anlayışları olanlar
- Real iş mühitində təcrübə qazanmaq istəyən Junior/Intern mühasiblər
- Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli şəxslər
Maraqlanan namizədlər CV-lərini hr@mandco.az elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar