Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Mühasibat

İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib

A+CO ASC
Razılaşma 21 baxış Elan #18682

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

30.10.2026

Bitmə tarixi

29.11.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Kateqoriya

Mühasibat

İş barədə məlumat

“A+CO” ASC “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir. 

Vəzifə öhdəlikləri:

  • Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi,istehsalla birbaşa bağlı uçot məlumatlarının işlənilməsi;
  • Xərc smetasının icrası,istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu ;
  • Ehtiyyatların nəzarəti:İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • Sistemə yeni mal-material adlarının və sərfiyyat kartlarının daxil edilməsi;
  • Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması ;
  • Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması ;
  • Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması ;
  • Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi ;
  • İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi ;
  • Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması ;
  • İdxal əməliyyatlarının uçotu (İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması);
  • İxrac əməliyyatlarının uçotu;
  • İdxal və ixrac üzrə debitor,kreditor üzləşmələrinin aparılması;
  • Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi,müəyyən olunmuş qaydada arxivləşdirilməsi ;
  • Rəhbərlik tərəfindən tapşırıqların icrası.        

İş şəraiti: 

  • İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
  • İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük; 
  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq

 

Namizədə tələblər

Bilik və bacarıqlar:

  •  Excel yaxşı səviyyədə.
  • Logo Tiger yaxşı səviyyədə.
  • ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya bunlarla bağlı biliklər.
  • Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes,e-customs)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” yazaraq hr@aplusco.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn