Groupone — Vakansiya
Vakansiya · finstaff.az
Mühasib
Groupone
1000 AZN
finstaff.az
Elan #17634
05.06.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Mühasibat
Mühasib
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
05.06.2026
Bitmə tarixi
05.07.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
İş barədə məlumat

“Groupone” MMC şirkəti “Mühasib” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Restoranın gündəlik maliyyə və mühasibat əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə aparılmasını təmin etmək;
  • Kassa əməliyyatlarına, POS terminallardan daxil olan ödənişlərə və nağd pul dövriyyəsinə nəzarət etmək;
  • Gündəlik satış hesabatlarının yoxlanılması, dövriyyələrin uçota alınması və müvafiq maliyyə hesabatlarının hazırlanması;
  • Restoranın gəlir və xərclərinin uçotunu aparmaq, maliyyə göstəricilərini təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Təchizatçılarla hesablaşmaların aparılması, alış sənədlərinin yoxlanılması və ödənişlərin vaxtında icrasına nəzarət etmək;
  • Anbar və inventar uçotunun aparılmasına nəzarət etmək, məhsul hərəkətlərinin mühasibat uçotu ilə uyğunluğunu təmin etmək;
  • Məhsul qalıqları, silinmələr və inventarizasiya nəticələrinin təhlilini aparmaq, uyğunsuzluqları araşdırmaq;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əməkhaqqına bağlı ödənişlərin hesablanması və uçotunun aparılmasına nəzarət etmək;
  • Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması və bank hesabları üzrə hərəkətlərin uçotunu aparmaq;
  • Restoranın maya dəyərinin hesablanmasında iştirak etmək, məhsul rentabelliyini və xərc strukturunu təhlil etmək;
  • Müqavilələrin maliyyə şərtlərini yoxlamaq və maliyyə risklərini qiymətləndirmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Daxili və xarici audit proseslərində iştirak etmək, auditor sorğularının cavablandırılmasını təmin etmək;
  • Mühasibat uçotu üzrə qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş yeri: Bakı şəhəri; Globus Center
  • İş qrafiki: 5 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 1000 AZN.
Namizədlərə tələblər
  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil
  • Minimum 2 il müvafiq iş təcrübəsi
  • Vergi Məcəlləsi və mühasibat uçotu standartları üzrə bilik
  • Mühasibat proqramları ilə işləmə bacarığı
  • MS Excel üzrə yüksək səviyyədə bacarıq
  • Azərbaycan dili sərbəst, rus və ingilis dilləri üstünlükdür
  • Analitik düşünmə və yüksək məsuliyyətlilik

Uyğun namizədlər CV-lərini mövzu hissəsində Mühasib qeyd etməklə hr@groupone.az elektron ünvanımıza göndərə bilərlər.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 05.06.2026