Ətraflı məlumat
İş barədə məlumat
Hazırda şirkətimizə Əsas Vəsaitlər və İnventar üzrə Kiçik Mühasib tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km
Əsas vəzifə və öhdəliklər:
- Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi;
- İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi;
- Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
- Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
- Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
- Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi;
- Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması
- İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək;
- Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
- İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi;
- Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
- Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq;
- Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq;
- Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi;
- Mal-materialların hər həftə və hər ay yoxlanması, fərqlərin qeydiyyatının aparılması;
- Mal-materialların ERP sistemi – SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət;
- İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək;
- Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq;
- Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunmasına dəstək;
- Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi;
- Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
Namizədə tələblər
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil
- Əsas Vəsaitlər və İnventar üzrə Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Əla səviyyədə MS Excel biliyi
- Orta səviyyədə ingilis dili biliyi
- ACCA, CİMA, CPA sertifikatları üzrə göstəricilər
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar