Norm OJSC — Vakansiya
Vakansiya · finstaff.az
Əsas Vəsaitlər və İnventar üzrə Kiçik Mühasib
Norm OJSC
Razılaşma
finstaff.az
Elan #17600
02.06.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
Mühasibat
Mühasib
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
02.06.2026
Bitmə tarixi
02.07.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Veb sayt
www.norm.az
İş barədə məlumat

Hazırda şirkətimizə Əsas Vəsaitlər və İnventar üzrə Kiçik Mühasib tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km

Əsas vəzifə və öhdəliklər:

  • Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi;
  • İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi;
  • Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
  • Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
  • Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
  • Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi;
  • Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması
  • İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək;
  • Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
  • İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi;
  • Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
  • Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq;
  • Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq;
  • Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi;
  • Mal-materialların hər həftə və hər ay yoxlanması, fərqlərin qeydiyyatının aparılması;
  • Mal-materialların ERP sistemi – SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət;
  • İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək;
  • Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq;
  • Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunmasına dəstək;
  • Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi;
  • Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək;
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta
  • Nəqliyyat
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • Digər imtiyazlar
Namizədlərə tələblər
  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil 
  • Əsas Vəsaitlər və İnventar üzrə Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
  • Əla səviyyədə MS Excel biliyi
  • Orta səviyyədə ingilis dili biliyi
  • ACCA, CİMA, CPA sertifikatları üzrə göstəricilər

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn

finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı 02.06.2026