İş barədə məlumat
- İş yeri: 2 gün şəhər ofisi (Baku Bay Tower 113, 8 noyabr prospekti) / 3 gün Balaxanı zavod ofisi Əsas vəzifə və öhdəliklər:
- Norm ASC-nin törəmə müəssisələrində əsas vəsaitlərin hərəkətinin ERP – 1C proqram təminatında monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi
- İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi
- Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu
- Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu
- Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək
- Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi
- Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması
- İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək
- Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi
- İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi
- Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi
- Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq
- Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq
- Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi
- 1C proqramında debitor və kreditor borclarının gündəlik uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və qalıqlara nəzarət edilməsi, İnternet-bankçılıq üzərindən yerli və xarici ödənişlərin həyata keçirilməsi, bank çıxarışlarının proqrama işlənilməsi və gündəlik pul axınının izlənilməsi kimi işlərdən xəbardar olması
- Mal-materialların ERP sistemi (1C) üzrə düzgün qeydiyyata salınmasına nəzarət. İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək
- İstehsal edilmiş üzrə maya dəyərinin (unit cost) hesablanması, xammalın silinməsi (reseptə uyğun), hazır məhsulun anbar uçotu və istehsalat itkilərinin sənədləşdirilməsi sahəsində təcrübə
- Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq
- Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və 1C proqramına daxil edilməsinin təmin olunmasına dəstək
- Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi
- Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək. Biz nə təklif edirik: Könüllü tibbi siğorta Nəqliyyat Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti Digər imtiyazlar
Namizədə tələblər
- Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Əsas Vəsaitlər, İnventar və Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Orta səviyyədə MS Excel biliyi
- Orta səviyyədə ingilis dili biliyi
- 1C (8.3 versiyası arzuolunandır) proqramında sərbəst işləmək bacarığı
- PMS, ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilər arzuolunandır. Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. E-mail: hr@norm.az / info@finstaff.az
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar