İş yeri: 2 gün şəhər ofisi (Baku Bay Tower 113, 8 noyabr prospekti) / 3 gün Balaxanı zavod ofisi
Əsas vəzifə və öhdəliklər:
Norm ASC-nin törəmə müəssisələrində əsas vəsaitlərin hərəkətinin ERP – 1C proqram təminatında monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi
İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi
Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu
Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu
Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək
Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi
Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması
İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək
Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi
İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi
Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi
Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq
Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq
Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi
1C proqramında debitor və kreditor borclarının gündəlik uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və qalıqlara nəzarət edilməsi, İnternet-bankçılıq üzərindən yerli və xarici ödənişlərin həyata keçirilməsi, bank çıxarışlarının proqrama işlənilməsi və gündəlik pul axınının izlənilməsi kimi işlərdən xəbardar olması
Mal-materialların ERP sistemi (1C) üzrə düzgün qeydiyyata salınmasına nəzarət. İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək
İstehsal edilmiş üzrə maya dəyərinin (unit cost) hesablanması, xammalın silinməsi (reseptə uyğun), hazır məhsulun anbar uçotu və istehsalat itkilərinin sənədləşdirilməsi sahəsində təcrübə
Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq
Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və 1C proqramına daxil edilməsinin təmin olunmasına dəstək
Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi
Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar
Namizədlərə tələblər
Tələblər:
Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
Əsas Vəsaitlər, İnventar və Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
Orta səviyyədə MS Excel biliyi
Orta səviyyədə ingilis dili biliyi
1C (8.3 versiyası arzuolunandır) proqramında sərbəst işləmək bacarığı
PMS, ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilər arzuolunandır.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
E-mail: hr@norm.az / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı21.06.2026