Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
CV göndər
Mühasibat

Hesabatlıq üzrə mütəxəssis

Abşeron Logistika Mərkəzi
Razılaşma 435 baxış Elan #17256

Şəhər

Bakı

Yaş

23 - 33 yaş

Təhsil

Orta ixtisas

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

17.04.2026

Bitmə tarixi

15.05.2026

Əlaqədar şəxs

HR

Kateqoriya

Mühasibat

İş barədə məlumat

  • Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri:
  • Gündəlik hesab fakturaların kəsilib göndərilməsi
  • Gündəlik bank mədaxillərin sistemə işlənilməsi və debitor hesabatın hazırlanması
  • Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq
  • Gələn qaimələrin reyesterinin tutulması və ay ərzində gələn qaimələrin sistemə işlənilməsi
  • Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi
  • Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar)
  • Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması
  • Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.

Namizədə tələblər

  • Namizədə qarşı tələblər:
  • Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.)
  • Maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (Mühasibatlıq sahəsində də iş təcrübəsi arzuolunandır və üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, İngilis dili üstünlükdür
  • Komputer bilikləri: Word, Outlook, 1C proqramlarını yaxşı, Excel proqramını əla bilməli
  • Yüksək kommunikasiya bacarığı
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı. Peşəkarlıq tələbləri:
  • Dəqiq və diqqətli
  • Ciddi və məsuliyyətli
  • E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı
  • Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq
  • Təhlil qabiliyyəti
  • Problem həll etmə bacarığı
  • Reporting (hesabatvermə qabiliyyətli)
  • Öyrənmək, öyrətmək bacarıqları olmalıdır. E-mail: cv@absheronport.az / info@finstaff.az