Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
Gündəlik hesab fakturaların kəsilib göndərilməsi
Gündəlik bank mədaxillərin sistemə işlənilməsi və debitor hesabatın hazırlanması
Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq
Gələn qaimələrin reyesterinin tutulması və ay ərzində gələn qaimələrin sistemə işlənilməsi
Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi
Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar)
Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması
Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.
Namizədlərə tələblər
Namizədə qarşı tələblər:
Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.)
Maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (Mühasibatlıq sahəsində də iş təcrübəsi arzuolunandır və üstünlükdür)
Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, İngilis dili üstünlükdür
Komputer bilikləri: Word, Outlook, 1C proqramlarını yaxşı, Excel proqramını əla bilməli
Yüksək kommunikasiya bacarığı
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Peşəkarlıq tələbləri:
Dəqiq və diqqətli
Ciddi və məsuliyyətli
E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı
Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq
Təhlil qabiliyyəti
Problem həll etmə bacarığı
Reporting (hesabatvermə qabiliyyətli)
Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
E-mail: cv@absheronport.az / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı22.07.2026