İş barədə məlumat
PAŞA Sığorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis şirkətin maliyyə və sığorta risklərinin effektiv şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasına cavabdehdir, risklərin idarəolunması üzrə beynəlxalq standartlara uyğun metodologiyaların hazırlanması və tətbiqi, risk göstəricilərinin təhlili və rəhbərliyə strateji tövsiyələrin verilməsi ilə təşkilatın dayanıqlılığının və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır.
Öhdəliklər
• Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri təhlil etmək və risklər üzrə rəy bildirmək;
• Reytinq dəyişikliklərinin şirkətin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək;
• Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələblər nəzərə alınmaqla metodoloji sənədlərin uyğunluğunu təmin etmək, metodologiyaların hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi prosesinə rəhbərlik etmək;
• Maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsini və qiymətləndirilməsini təşkil etmək;
• Stress-test modellərinin hazırlanması, tətbiqi və nəticələrinin dərin təhlilini aparmaq, nəticələrə əsaslanaraq risklərin azaldılması üzrə təkliflər vermək;
• Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlamaq;
• Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər irəli sürmək;
• Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
• Riyazi, statistik və analitik modellərdən istifadə etməklə maliyyə risklərinin ölçülməsini həyata keçirmək;
• Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
• Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq;
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bizim Təklifimiz
• Peşəkar və dinamik komandada əməkdaşlıq və qarşılıqlı dəstək mühiti;
• Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları;
• Şirkətin inkişafında real təsir və dəyər yaratmaq imkanı;
• Şəffaflıq və açıq kommunikasiya mədəniyyəti;
• “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.