Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis
PASHA Insurance
Razılaşma
finstaff.az
Elan #17253
17.04.2026
Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
23 – 33 yaş
Cins
Kişi
Kateqoriya
Maliyyə
Maliyyəçi
Təhsil
Orta ixtisas
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elan tarixi
17.04.2026
Bitmə tarixi
15.05.2026
Əlaqədar şəxs
HR
Telefon
(012) 505 12 22
E-mail
recruitment@pasha-insurance.az
Veb sayt
www.pasha-insurance.az
İş barədə məlumat
PAŞA Sığorta ASC namizədləri Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Maliyyə və sığorta risklərinin idarəolunması üzrə mütəxəssis/aparıcı mütəxəssis şirkətin maliyyə və sığorta risklərinin effektiv şəkildə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasına cavabdehdir, risklərin idarəolunması üzrə beynəlxalq standartlara uyğun metodologiyaların hazırlanması və tətbiqi, risk göstəricilərinin təhlili və rəhbərliyə strateji tövsiyələrin verilməsi ilə təşkilatın dayanıqlılığının və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır.
Öhdəliklər
Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri təhlil etmək və risklər üzrə rəy bildirmək
Reytinq dəyişikliklərinin şirkətin risk profilinə təsirini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək
Maliyyə risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübə və tənzimləyici tələblər nəzərə alınmaqla metodoloji sənədlərin uyğunluğunu təmin etmək, metodologiyaların hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi prosesinə rəhbərlik etmək
Maliyyə və sığorta risklərinin sistemli şəkildə müəyyənləşdirilməsini və qiymətləndirilməsini təşkil etmək
Stress-test modellərinin hazırlanması, tətbiqi və nəticələrinin dərin təhlilini aparmaq, nəticələrə əsaslanaraq risklərin azaldılması üzrə təkliflər vermək
Maliyyə riskləri üzrə limitlərin hesablanması və yenilənməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlamaq
Risk iştahasının strateji hədəflərlə uyğunluğunu qiymətləndirmək və müvafiq təkliflər irəli sürmək
Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
Riyazi, statistik və analitik modellərdən istifadə etməklə maliyyə risklərinin ölçülməsini həyata keçirmək
Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
Risk göstəriciləri üzrə analitik icmallar və təqdimatlar hazırlamaq
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bizim Təklifimiz
Peşəkar və dinamik komandada əməkdaşlıq və qarşılıqlı dəstək mühiti
Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları
Şirkətin inkişafında real təsir və dəyər yaratmaq imkanı
Şəffaflıq və açıq kommunikasiya mədəniyyəti
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Namizədlərə tələblər
MS Office proqramlarında yaxşı istifadə bacarığı
Maliyyə risklərinin idarə olunması sahəsində biliklər
Riyazi-statistik metodlar üzrə biliklər
Maliyyə hesabatları üzrə biliklər
Modelləşdirmə və iri-həcmli məlumat bazaları ilə işləmək bacarığı
Təqdimat bacarıqları
Emosional stabillik və məsuliyyətlilik
Komandada işləmək və yaxşı ünsiyyət qurmaq bacarığı
Məntiqi və analitik düşüncə
Stressə davamlılıq və təşəbbüskarlıq
Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
Ali təhsil (bakalavr) – İqtisadiyyat, Maliyyə, İdarəetmə və ya Riyaziyyat ixtisası üzrə.
Maliyyə və sığorta risklərinin idarə olunması sahəsində 2 il iş təcrübəsi arzuolunandır.
FRM, PRM, CFA sertifikatları üstünlükdür.
E-mail:recruitment@pasha-insurance.az / info@finstaff.az
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı21.06.2026