İş barədə məlumat
- Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə strategiyasının və maliyyə siyasətinin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək, maliyyə resurslarının səmərəli idarə olunmasını təmin etmək
- İdarə Heyətinin müvafiq üzvü ilə əməkdaşlıq çərçivəsində şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını təmin etmək
- Maliyyə Departamentinə daxil olan Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik etmək, onların koordinasiyasını və effektiv əməkdaşlığını təmin etmək
- Mühasibat uçotunun yerli qanunvericiliyin tələblərinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS 17) uyğun təşkil olunmasına strateji nəzarəti təmin etmək
- Mühasibat uçotu və vergitutma sahəsində normativ-hüquqi bazada baş verən dəyişikliklərin izlənilməsi və şirkətin maliyyə fəaliyyətinin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək
- Vergi planlaşdırılması və qanunvericiliyə uyğun vergi optimallaşdırılması mexanizmlərinin tətbiqinə rəhbərlik etmək
- Funksional bölmələrlə əməkdaşlıq edərək planlaşdırma prosesində məlumat mübadiləsini və analitik dəstəyi təmin etmək
- Şirkətdə idarəetmə uçotu sisteminin və daxili maliyyə hesabatlılığının formalaşdırılması və inkişaf etdirilməsinə rəhbərlik etmək
- Maya dəyərinin təhlili, xərclərin idarə olunması və maliyyə göstəricilərinin optimallaşdırılması üzrə analitik fəaliyyətləri təşkil etmək
- Şirkətin maliyyə hesabatlarının hazırlanmasına və rəhbərliyə təqdim olunmasına nəzarət etmək
- Maliyyə proses və prosedurlarının təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərini həyata keçirmək
- Xarici audit və vergi yoxlamaları proseslərinin koordinasiyasını və idarə edilməsini təmin etmək
- Şirkətin maliyyə vəziyyəti və maliyyə nəticələri üzrə mütəmadi təhlillər aparmaq və rəhbərliyə strateji tövsiyələr təqdim etmək.
Namizədə tələblər
- Təhsil və peşəkar kvalifikasiyalar:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə/mühasibat sertifikatlarının olması üstünlükdür
- Beynəlxalq Maliyyə Hesabatları Standartlarına IFRS, (IFRS 17 üstünlükdür). İş təcrübəsi:
- Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi
- Rəhbər vəzifədə (Head/Director/CFO səviyyəsində) minimum 3–5 il təcrübə
- Sığorta, bank və ya böyük korporativ mühitdə iş təcrübəsi üstünlükdür; Peşəkar bilik və bacarıqlar:
- Maliyyə strategiyasının hazırlanması və icrası üzrə güclü bacarıqlar
- İdarəetmə uçotu və daxili hesabatlılıq sistemlərinin qurulması üzrə təcrübə
- Vergi qanunvericiliyi və vergi planlaşdırılması sahəsində biliklər
- Maliyyə analizləri, xərclərin optimallaşdırılması və performansın artırılması üzrə güclü analitik bacarıqlar
- Maliyyə risklərinin idarə olunması və nəzarət mexanizmlərinin tətbiqi üzrə təcrübə
- Maliyyə proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması sahəsində anlayış
- MS Excel və digər analitik alətlər üzrə yüksək səviyyədə bilik
- Azərbaycan, İngilis diləri– yüksək səviyyədə, Rus dili – üstünlükdür. Şəxsi keyfiyyətlər:
- Strateji və analitik düşünmə, faktlara əsaslanan qərarvermə
- Güclü liderlik və problem həll etmə qabiliyyəti
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları
- Dəyişikliklərin idarə olunması və çevik adaptasiya qabiliyyəti
- Davamlı öyrənmə və şəxsi inkişafa açıqlıq. Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az / info@finstaff.az e-mail ünvanına göndərin.
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar