Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə strategiyasının və maliyyə siyasətinin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək, maliyyə resurslarının səmərəli idarə olunmasını təmin etmək
İdarə Heyətinin müvafiq üzvü ilə əməkdaşlıq çərçivəsində şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını təmin etmək
Maliyyə Departamentinə daxil olan Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik etmək, onların koordinasiyasını və effektiv əməkdaşlığını təmin etmək
Mühasibat uçotunun yerli qanunvericiliyin tələblərinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS 17) uyğun təşkil olunmasına strateji nəzarəti təmin etmək
Mühasibat uçotu və vergitutma sahəsində normativ-hüquqi bazada baş verən dəyişikliklərin izlənilməsi və şirkətin maliyyə fəaliyyətinin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək
Vergi planlaşdırılması və qanunvericiliyə uyğun vergi optimallaşdırılması mexanizmlərinin tətbiqinə rəhbərlik etmək
Funksional bölmələrlə əməkdaşlıq edərək planlaşdırma prosesində məlumat mübadiləsini və analitik dəstəyi təmin etmək
Şirkətdə idarəetmə uçotu sisteminin və daxili maliyyə hesabatlılığının formalaşdırılması və inkişaf etdirilməsinə rəhbərlik etmək
Maya dəyərinin təhlili, xərclərin idarə olunması və maliyyə göstəricilərinin optimallaşdırılması üzrə analitik fəaliyyətləri təşkil etmək
Şirkətin maliyyə hesabatlarının hazırlanmasına və rəhbərliyə təqdim olunmasına nəzarət etmək
Maliyyə proses və prosedurlarının təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərini həyata keçirmək
Xarici audit və vergi yoxlamaları proseslərinin koordinasiyasını və idarə edilməsini təmin etmək
Şirkətin maliyyə vəziyyəti və maliyyə nəticələri üzrə mütəmadi təhlillər aparmaq və rəhbərliyə strateji tövsiyələr təqdim etmək.
Namizədlərə tələblər
Təhsil və peşəkar kvalifikasiyalar:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə/mühasibat sertifikatlarının olması üstünlükdür
Beynəlxalq Maliyyə Hesabatları Standartlarına IFRS, (IFRS 17 üstünlükdür).
İş təcrübəsi:
Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi
Rəhbər vəzifədə (Head/Director/CFO səviyyəsində) minimum 3–5 il təcrübə
Sığorta, bank və ya böyük korporativ mühitdə iş təcrübəsi üstünlükdür;
Peşəkar bilik və bacarıqlar:
Maliyyə strategiyasının hazırlanması və icrası üzrə güclü bacarıqlar
İdarəetmə uçotu və daxili hesabatlılıq sistemlərinin qurulması üzrə təcrübə
Vergi qanunvericiliyi və vergi planlaşdırılması sahəsində biliklər
Maliyyə analizləri, xərclərin optimallaşdırılması və performansın artırılması üzrə güclü analitik bacarıqlar
Maliyyə risklərinin idarə olunması və nəzarət mexanizmlərinin tətbiqi üzrə təcrübə
Maliyyə proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması sahəsində anlayış
MS Excel və digər analitik alətlər üzrə yüksək səviyyədə bilik
Azərbaycan, İngilis diləri– yüksək səviyyədə, Rus dili – üstünlükdür.
Şəxsi keyfiyyətlər:
Strateji və analitik düşünmə, faktlara əsaslanan qərarvermə
Güclü liderlik və problem həll etmə qabiliyyəti
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları
Dəyişikliklərin idarə olunması və çevik adaptasiya qabiliyyəti
Davamlı öyrənmə və şəxsi inkişafa açıqlıq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az / info@finstaff.az e-mail ünvanına göndərin.
finstaff.az — Maliyyə Sahəsinin İşgüzar Portalı21.06.2026