Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Mühasibat

Mühasib - operator

Green Tech
700 - 800 AZN 39 baxış Elan #18820

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

17.11.2026

Bitmə tarixi

16.12.2026

Əlaqədar şəxs

HR

Telefon

---

Veb sayt

www.greentech.az

Kateqoriya

Mühasibat

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək;
  • Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq;
  • Debitor və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları araşdırma
  • Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək, qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək;
  • Alış və satış əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq
  • Elektron qaimə-fakturaların uçot məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin etmək;
  • Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq;
  • Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün təyinat üzrə bağlanmasına nəzarət etmək;
  • Aylıq və illik bağlanış zamanı debitor-kreditor hesabları üzrə qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək;
  • Debitor-kreditor hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları hazırlamaq;

Namizədə tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Debitor və kreditor borclarının uçotu və qarşılıqlı hesablaşmalar üzrə yüksək səviyyədə bilik;
  • Dil bilikləri: Azərbaycan dili , Rus dili yüksək səviyyədə bilmək.
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək bilmək;
  • 1C 8.3 proqramında işləmək bacarığı;

İş şəraiti

  • Əmək haqqı 700- 800 Azn
  • İş yeri: Binə qəsəbəsi
  • İş vaxtı: 5 günlük iş qrafiki.
  • Nahar və servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib-operator” yazaraq hr@greentech.az elektron poçt ünvanına göndərilməsi  xahiş olunur.

 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət  olunacaqdır.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn