Ətraflı məlumat
İş barədə məlumat
İşiniz nədən ibarətdir?
- Bank üzrə vergi növlərinin (mənfəət vergisi, ƏDV, ÖMV, torpaq, əmlak, muzdlu işlə əlaqədar vergilər və s.) hesablanması üçün məlumatları toplamaq, hesablamaları hazırlamaq və yoxlanılması üçün təqdim etmək
- Vergi ödənişləri üzrə məlumatları hazırlamaq və ödənişlərin müəyyən edilmiş müddətlərdə icrasını izləmək
- Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak etmək
- Vergi uçotu üzrə məlumatları və təsdiqedici sənədləri yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə baş mütəxəssisə və ya birbaşa rəhbərə məlumat vermək
- Mühasibat uçotu ilə vergi uçotu üzrə məlumatların uzlaşdırılmasını aparmaq və yaranmış fərqlərin araşdırılmasında iştirak etmək
- Bankın struktur bölmələrindən daxil ol vergi sorğuları üzrə məlumat toplamaq və cavab layihələri hazırlamaq
- Müqavilələrin, yeni məhsulların və layihələrin vergi baxımından təhlili üçün ilkin məlumatları hazırlamaq və təhlildə iştirak etmək
- Vergi orqanları ilə yazışmaların və sorğulara cavabların hazırlanmasında iştirak etmək
- Vergi yoxlamaları, daxili və xarici audit zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq
- Vergi güzəştlərinin və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi üçün tələb olunan sənədlərin toplanmasında və hazırlanmasında iştirak etmək
- Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək və fəaliyyətinə aid dəyişikliklər barədə qısa məlumat hazırlamaq
- Vergi proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması işlərində, informasiya sistemlərində vergi hesablamalarının yoxlanılmasında iştirak etmək
- Vergi hesablamaları üzrə dövri hesabatları hazırlamaq, ay sonu və il sonu bağlanışlarında ona həvalə edilmiş işləri yerinə yetirmək
- Vergi sənədlərinin və yazışmalarının sistemli saxlanılması
Namizədə tələblər
- Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil.
- İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
- Sertifikatlar: Vergi və mühasibat uçotu üzrə təlimlərdə iştirak və ya ACCA TX (F6) imtahanını keçmək üstünlük hesab edilir.
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əsas vergi növlərinin hesablanması və bəyannamələrin hazırlanması qaydaları üzrə biliklər; mühasibat uçotunun əsas prinsipləri barədə anlayış. Bank əməliyyatlarının vergiyə cəlb edilməsi üzrə biliklər üstünlük hesab edilir.
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili — orta səviyyədə, Rus dili (üstünlükdür).
- Kompüter bilikləri: : MS Excel və digər MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı. Elektron vergi sistemləri ilə iş təcrübəsi arzuolunandır.
- Digər bacarıqlar: Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik, vaxtın düzgün idarə edilməsi, yazılı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar