Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Vergi

Deklarasiya üzrə mütəxəssis

Avrora
Razılaşma 16 baxış Elan #18409

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

24.09.2026

Bitmə tarixi

24.09.2026

Əlaqədar şəxs

HR

Telefon

----

Veb sayt

www.avrora.az

Kateqoriya

Vergi

İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri:

  • İdxal, ixrac və digər gömrük rejimləri üzrə bəyannamələrin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasını, qeydiyyatını və gömrük orqanına təqdim edilməsinin təmin edilməsi;
  • Gömrük orqanlarının əməkdaşları ilə operativ əlaqə saxlanması, yaranmış uyğunsuzluqların və problemlərin operativ həlli istiqamətində tədbirlərin görülməsi;
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin tamlığının və düzgünlüyünün yoxlanması, aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
  • Gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş yüklərin sistem üzərindən gündəlik monitorinqinin aparılması, məlumatların düzgünlüyünün yoxlanması və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərinin məlumatlandırılması;
  • Qısa idxal bəyannamələrinin hazırlanması, düzgünlüyünün yoxlanması, təsdiq prosesinin koordinasiya edilməsi və müəyyən olunmuş qaydada gömrük orqanına təqdim edilməsi;
  • Yüklərin prioritetlik dərəcəsinin müəyyən edilməsi və gömrük rəsmiləşdirilməsi prosesinin fasiləsiz və vaxtında icrasının təmin edilməsi;
  • İxrac yüklərinin gömrük rəsmiləşdirilməsi prosesində zərurət yarandıqda gömrük nəzarət məntəqələrində və ya Yaşıl Dəhliz iştirakçısı olan anbarlarda nəqliyyat vasitələrinə gömrük plombunun vurulmasının həyata keçirilməsi və bununla bağlı tələb olunan sənədlərin rəsmiləşdirilməsi.

 

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Nahar təminatı;
  • Təlim və inkişaf imkanları.

 

Namizədə tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə baza bilikləri;
  • XİF MN (HS/TN VED) kodlarının müəyyənləşdirilməsi və gömrük tarifləri ilə işləmə bacarığı;
  • Gömrük dəyəri, statistik dəyər, gömrük rüsumları, ƏDV və digər gömrük ödənişlərinin hesablanması üzrə bilik;
  • İnvoys, packing list, müqavilə, spesifikasiya, CMR və digər idxal-ixrac sənədlərini yoxlama və təhlil etmə bacarığı;
  • Mənşə və digər təsdiqedici sənədlərlə işləmə üzrə baza bilikləri;
  • Elektron gömrük sistemləri və elektron hökumət portalı ilə işləmə bacarığı;
  • MS Excel və digər MS Office proqramlarında işləmə bacarığı

 

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Deklarasiya üzrə mütəxəssis” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

•  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn