- Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil.
- İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
- Sertifikatlar: Vergi və mühasibat uçotu üzrə təlimlərdə iştirak və ya ACCA TX (F6) imtahanını keçmək üstünlük hesab edilir.
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əsas vergi növlərinin hesablanması və bəyannamələrin hazırlanması qaydaları üzrə biliklər; mühasibat uçotunun əsas prinsipləri barədə anlayış. Bank əməliyyatlarının vergiyə cəlb edilməsi üzrə biliklər üstünlük hesab edilir.
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili — orta səviyyədə, Rus dili (üstünlükdür).
- Kompüter bilikləri: : MS Excel və digər MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı. Elektron vergi sistemləri ilə iş təcrübəsi arzuolunandır.
- Digər bacarıqlar: Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik, vaxtın düzgün idarə edilməsi, yazılı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: