Maliyyə
Monitorinq , analitika və optimallaşdırma üzrə Kiçik Mütəxəssis
PASHA Bank
Razılaşma
18 baxış
Elan #18481
Ətraflı məlumat
İş barədə məlumat
- Layihələrin başlanmasından tamamlanmasına qədər bütün layihə fəaliyyətlərinin hərtərəfli planlanması, təşkili və monitorinqi üzrə işlərin aparılmasına dəstək;
- Resursları səmərəli şəkildə bölüşdürərək, layihənin əhatə dairəsinə, büdcəsinə və son tarixlərinə riayət olunmasına dəstək;
- Layihələrin təhlili üzrə analitik məlumatların toplanması, analiz edilməsi və rəy bildirilməsi üçün məlumatlar hazırlamaq;
- Maraqlı tərəflərin, o cümlədən müştərilər və daxili şöbələrin tələblərini başa düşmək, narahatlıqları həll etmək və layihənin məqsədlərinə uyğunluğu təmin etmək;
- Maraqlı tərəfləri məlumatlandırmaq, hər hansı problem və ya narahatlığı vaxtında və şəffaf şəkildə həll etmək üçün müntəzəm status hesabatların təqdim etmək;
- Təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün layihə performansını (Project Performance) və öyrənilən dərsləri (Lessons Learned) mütəmadi olaraq qiymətləndirmək;
- Layihə idarəedilməsi və monitorinqi ilə bağlı təlimatları hazırlamaq və dəyişdirmək ;
- Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsinə dəstək;
- Proseslərdə inkişaf imkanlarını müəyyən etmək məqsədilə bençmarkları müəyyən etmək ;
- Keçirilən layihələrin monitorinq planına əsasən yoxlamalarını aparmaq;
- Dəyişikliklər barədə qərarın verilməsi üçün tələb olunan məlumatı toplamaq;
- Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;
- Görülən işlərin qeydiyyatını aparmaq və təqdimatları hazırlamaq.
Namizədə tələblər
- Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi (il və/və ya sahə olaraq) : Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Texniki səriştələr: PMP, Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir;
- Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.;
- Dil bilikləri: İngilis dili (səlis), Rus (səlis);
- Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar