Bank
Kassa və inkassasiya əməliyyatlarının koordinasiyası şöbəsinin Mütəxəssisi
Kapital Bank
Razılaşma
21 baxış
Elan #18371
Ətraflı məlumat
İş barədə məlumat
Vakansiya haqqında
Kassa və inkassasiya əməliyyatlarının koordinasiyası şöbəsinə analitik düşüncəli, detallara diqqətli və məlumatlarla işləməyi sevən Mütəxəssis axtarırıq.
Öhdəliklər
- Ödəniş terminallarının gündəlik fəaliyyətinin monitorinqinin həyata keçirilməsi və aşkar olunan uyğunsuzluqların operativ şəkildə araşdırılması;
- Tələbat və müəyyən edilmiş limitlərə uyğun olaraq gündəlik nağd vəsaitlərin monitorinqinin aparılması;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- Mövcud məlumat bazaları üzrə analitik təhlillərin aparılması və nəticələrin strukturlaşdırılması;
- MS Excel və SQL vasitəsilə məlumatların emalı, yoxlanılması və təhlilinin həyata keçirilməsi;
- Əməliyyat göstəricilərinin dinamikasının təhlili, potensial risk və kənarlaşmaların müəyyən edilməsi;
- Monitorinq və təhlil nəticələri əsasında müvafiq təkliflərin hazırlanması və proseslərin təkmilləşdirilməsində iştirak;
- Fəaliyyətin bank qanunvericiliyinin və daxili normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməsi;
- Şöbənin fəaliyyət istiqaməti üzrə digər analitik və operativ tapşırıqların icra edilməsi.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Namizədə tələblər
- Ali təhsil;
- Maliyyə, mühasibatlıq və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Bank qanunvericiliyi üzrə biliklər;
- MS Excel və SQL üzrə yüksək səviyyədə biliklər;
- Python bilikləri arzuolunandır;
- Hesabatların hazırlanması və məlumatların təhlili bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində bilik arzuolunandır;
- Güclü analitik düşünmə, riyazi və statistik təhlil bacarığı;
- Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;
- Prioritetləri düzgün müəyyən etmək və vaxtı effektiv idarə etmək bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
- Yüksək məsuliyyətlilik, operativlik və təşəbbüskarlıq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar