Bank
Kassa xidmətləri üzrə Kiçik Mütəxəssis (Sumqayıt)
Unibank Kommersiya Bankı
Razılaşma
14 baxış
Elan #18705
Ətraflı məlumat
İş barədə məlumat
- Kassa əməliyyatlarının bankdaxili prosedur və qaydalara uyğun şəkildə həyata keçirilməsi;
- Valyuta mübadilə əməliyyatlarının dəqiq və operativ icrasının təmin edilməsi;
- Pul vəsaitlərinin nominalına, dövriyyəyə yararlılığına və yararsızlığına uyğun olaraq çeşidlənməsi;
- Bankomatların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə nağd vəsaitlərin hazırlanması və yüklənməsi;
- Aparılmış əməliyyatların uçot sənədlərində düzgün qeydiyyatının aparılması və müvafiq sistemlərdə əks etdirilməsi;
- Kassa əməliyyatları üzrə gündəlik və dövri hesabatların hazırlanması;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi, mədaxil və məxaric sənədlərinin düzgün işlənməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı (MS Excel, MS Word və Outlook);
- Güclü ünsiyyət qabiliyyəti;
- Müştəriyönümlü və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə riyazi hesablama bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət yetirmək.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar