Kredit Risklərinin Təhlili Departamentinin Kredit Risklərinin Təhlili Şöbəsində təcrübəçi
Kapital BankƏtraflı məlumat
İş barədə məlumat
Vakansiya haqqında
Bu rolda kiçik və orta sahibkarların kredit müraciətlərini və maliyyə vəziyyətini təhlil edəcək, kredit risklərini və təminatın yetərliliyini qiymətləndirəcəksiniz. Həmçinin mövcud kreditlərin şərtlərinə dəyişikliklərlə bağlı müraciətlərə baxacaq və kredit komitəsinin müzakirələrində iştirak edəcəksiniz.
Öhdəliklər
- Müraciətlər əsasında Kiçik və orta sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatları aparmaq, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirmək;
- Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Namizədə tələblər
- Ali təhsil (İqtisadiyyat/Maliyyə/Mühasibatlıq/Menecment və s. ixtisaslar üzrə arzu olunandır);
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Maliyyə hesabatları üzrə ümumi biliklər;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Komandada işləmə bacarığı.
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar