Bank
Əməliyyat riskləri üzrə aparıcı mütəxəssis / baş mütəxəssis
TuranBank ASC
Razılaşma
11 baxış
Elan #17872
Ətraflı məlumat
İş barədə məlumat
- Bank üzrə əməliyyat risklərinin idarə olunması sahəsində məlumatların toplanmasını, təhlilini və qiymətləndirilməsini həyata keçirir, nəticələri və tövsiyələri şöbə müdirinə təqdim edir;
- Risk və Nəzarətin Özünüqiymətləndirməsi (RNÖ) prosesinin təşkilini və icrasını təmin edir, proses sahibləri ilə birlikdə risklərin və nəzarət mexanizmlərinin müəyyən edilməsini həyata keçirir;
- Biznes proseslərinin xəritələrinin (Process Mapping) hazırlanmasını və yenilənməsini koordinasiya edir, proseslərdə mövcud riskləri və nəzarət boşluqlarını müəyyən edir;
- Biznes proseslərinin yerində müşahidəsini həyata keçirir, proses sahibləri ilə görüşlər keçirərək risk və nəzarət mühitini qiymətləndirir;
- RNÖ nəticələri üzrə müəyyən edilmiş risklərin, tədbirlər planlarının və düzəldici fəaliyyətlərin icrasına nəzarət edir, aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin edir;
- Əməliyyat risk hadisələrinin (Operational Risk Events) qeydiyyatını, təhlilini və kök səbəb analizini həyata keçirir, təkrarlanma riskinin azaldılması məqsədilə təkliflər hazırlayır;
- Bank üzrə əməliyyat itkiləri məlumat bazasının formalaşdırılmasında iştirak edir, itki hadisələrinin monitorinqini və hesabatlılığını təmin edir;
- Yeni məhsul, xidmət, proses və sistemlərin tətbiqi zamanı risk qiymətləndirilməsini həyata keçirir, rəy və tövsiyələr təqdim edir;
- Daxili normativ sənədlərin, prosedurların və metodologiyaların əməliyyat riskləri baxımından nəzərdən keçirilməsində iştirak edir;
- Əsas Risk Göstəricilərinin (KRI – Key Risk Indicators) hazırlanmasında iştirak edir, monitorinqini həyata keçirir və limit aşmalarını təhlil edir;
- Risklərin idarə edilməsi üzrə hesabatların hazırlanmasını, aylıq, rüblük, yarımillik və illik risk göstəricilərinin toplanmasını, emalını və təqdim edilməsini təmin edir;
- Ekoloji, sosial və idarəetmə (ESG) riskləri, xüsusilə ekoloji risklərin idarə olunması sahəsində məlumatlı olur və aidiyyəti qiymətləndirmələrdə iştirak edir;
- Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirir.
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;
- Risklərin idarə olunması, daxili nəzarət və ya daxili audit sahəsində minimum 1 il, əməliyyat fəaliyyəti sahəsində minimum 3 il iş təcrübəsi;
- RNÖ, KRI, əməliyyat risk hadisələri, proses xəritələri və nəzarət mexanizmləri üzrə anlayışlara malik olmaq;
- Analitik düşünmə, riskyönümlü yanaşma, məlumatların təhlili, hesabatların hazırlanması və təqdimatı bacarığı;
- Yüksək məsuliyyətlilik, detallara diqqət, problem həll etmə, təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı ;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı;
- FRM, ORM və ya digər peşəkar sertifikatların olması üstünlükdür;
- İngilis və rus dillərini bilmək üstünlükdür;
Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar