Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir
Maliyyə

Hesabatlılıq şöbəsinin baş mütəxəssisi

PASHA Life
Razılaşma 22 baxış Elan #17781

Ətraflı məlumat

Şəhər

Bakı

Yaş

-

Cins

Fərqi yoxdur

Təhsil

Ali

Təcrübə

1 ildən 3 ilə qədər

Elan tarixi

23.06.2026

Əlaqədar şəxs

HR

Telefon

--

Kateqoriya

Maliyyə

İş barədə məlumat

Maliyyə departamenti, Hesabatlılıq şöbəsi

Vəzifə öhdəlikləri:

  • MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə hesabatlarının hazırlanması;
  • Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu analiz etmək;
  • Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün
  • Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
  • Hesabatların hazırlanması prossesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
  • Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bölmələrlə əməkdaşlıq etmək;
  • İllik büdcənin hazırlanmasında iştirak etmək;
  • Rüblük və aylıq əsasda büdcə-faktiki təhlillərini aparmaq;
  • Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
  • Şöbənin funksiyasından irəli gələn digər işlər.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Namizədə tələblər

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Hesabatlılıq sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İqtisadiyyat, Maliyyə, mühasibatlıq və digər əlaqəli  ixtisaslar üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta;

Üstünlüklər:

  • SQL və Power BI üzrə biliklər;
  • CFA imtahanını üzrə birinci mərhələsini uğurla tamamlaması,
  • Beynəlxalq audit şirkətlərində qazanılmış iş təcrübəsi.
  • Kompüter bilikləri: MS Excel:əla , MS PowerPoint:əla , MS Word:əla , MS Office:əla , MS Outlook:əla;
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

 

Maraqlanan namizədlər Müraciət et üzərinə klik edərək müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

  Instagram                                            

•  Telegram

•  Facebook

•  LinkedIn