Maliyyə
Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis/Analitik
Zeytun Pharmaceuticals
1500 - 1900 AZN
66 baxış
Elan #17762
Ətraflı məlumat
İş barədə məlumat
- Şirkətin anbarları arasında mal hərəkətinə 1C-proqramı üzrə nəzarət edilməsi və əməliyyatların düzgünlüyünün yoxlanılması
- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı satışın qarşısının alınması
- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
- Alıcılar və satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması
- Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə uyğun olub olmamasının yoxlanılması
- Zeytun Pharmaceuticals MMC tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması
- Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
- Zeytun Pharmaceuticals MMC və aptek arasında olan borcların müqayisəsinin aparılması
- Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması
- Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir;
- Əmək Haqqı: 1500-1900 AZN Net
Namizədə tələblər
- Ali iqtisadi təhsil
- Analitik təhlil sahəsində 5 ildən az olmayan iş stajı
- Sürücülük vəsiqəsi mütləqdir
- Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s), Beynəlxalq audit
- standartları (BAS) üzrə üsullar haqqında biliklər
- Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və müstəqilliyi
- qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
|
• Telegram |
|
|
|
|
Oxşar İş Elanları
Eyni kateqoriyadan vakansiyalar